adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
17 Sentyabr 2014 09:59
6026
GÜNDƏM
A- A+

Binalar arasındakı məsafələr azaldılır

Baş nazir Artur Rasizadə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 mart tarixli 72 nömrəli qərarı ilə təsdiq edilmiş "Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar"da dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb. 


Dəyişikliyə görə, Nazirlər Kabinetinin 2014-cü il 11 mart tarixli 72 nömrəli qərarı ilə təsdiq edilmiş "Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar"ın 9-cu hissəsindən "kənd ərazilərində və" sözləri çıxarılır və həmin hissəyə "divar hündürlüyünün 0,4 hissəsi" sözlərindən sonra "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə isə divar hündürlüyünün 0,3 hissəsi" sözləri əlavə edilir.