adalet.az header logo
  • Bakı 22°C
17 Sentyabr 2014 00:45
11388
DÜNYA
A- A+

Britaniya ordusu parçalanmaq təhlükəsi qarşısında

Müstəqil Şotlandiya dövlətinin yaradılması eyni zamanda Böyük Britaniya ordusunun da bölünməsinə gətirib çıxaracaq.

 

Adalet.az-ın verdiyi xəbərə görə, bu barədə BBC-nin rus xidməti yazıb.

 

Ancaq ordunun, o cümlədən silah və hərbi texnikanın hansı əsaslarla bölünəcəyi barədə məlumat verilmir.

 

 Xatırladaq ki, sentyabrın 18-də Şotlandiyanın müstəqilliyi üzrə referendum kmlədən silah vəeçiriləcək.

 

Referendumda sual isə belə olacaq ki, şotlandlar Birləşmiş Krallıqdan çıxıb, müstəqil olmaq istəyirlərmi?

Referendumda "bəli" səsinin üstük təşkil edəcəyi halda iki hökumət müstəqilliyin detallarına dair danışıqlara başlayacaq. Görüşlərdə xüsusilə müdafiə, pul vahidi və enerji qaynaqlarının əsas müzakirə mövzularını meydana gətirəcəyi təxmin edilir.

 

Şotlandiya 2016-cı ildə müstəqil olduqdan sonra 18 ay ərzində ölkənin Aİ-yə üzvlüyü şərtləri yenidən yazılmalı və razılaşdırılmalıdır. Şotlandiya hökuməti Birləşmiş Krallıqla müqayisədə daha çox Aİ güzəştləri əldə edəcəyinə ümid edir. Həmçinin avro və "Şengen müqaviləsi" üstünlüklərindən yararlanmağa çalışır.