adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
16 Sentyabr 2014 21:02
8228
MƏDƏNİYYƏT
A- A+

Vaqif Səmədoğlunun şeirlər kitabının təqdimatı olub

 AMEA Nizami Gəncəvi adına Milli Ədəbiyyat Muzeyində xalq şairi Vaqif Səmədoğlunun ABŞ-da çap olunan "Zülmətdə günəşə mahnı” adlı şeirlər kitabının təqdimat mərasimi keçirilib.

 

Adalet.az-ın verdiyi məlumata görə, tədbirdə müəlliflə yanaşı Fransanın Azərbaycandakı səfiri Paskal Mönye, şair Ramiz Rövşən, akademik Teymur Kərimov, xalq şairi Fikrət Qoca və başqaları da iştirak ediblər.

 

Muzeyin direktoru, millət vəkili Rəfael Hüseynov bildirib ki, Vaqif Səmədoğlunun şeirlərinin ingiliscəyə tərcümə olunması və ABŞ-da çapı önəmli hadisədir: "Bu, bir daha göstərdi ki, Vaqif Səmədoğlu yalnız Azərbaycanın deyil, həm də Avropanın və Amerikanın şairidir”.

 

Kitabı çapa hazırlayan Betti Bleyr qeyd edib ki, kitaba 103 şeir daxil olunub: "Bu layihə çox müsbət bir işdir. Mən şeirlərin tərcüməsində və çapında əməyi keçənlərə təşəkkürümü bildirirəm. Vaqif Səmədoğlunun şeirlərini oxumuşam və çox bəyənmişəım. Çünki, bu şeirlərdə azadlıq mövzusu üstünlük təşkil edir”.

 

Bleyr əlavə edib ki, Amerikada "Azerbaijan İnternational” nəşriyyatında çap olunmuş kitabın elektron versiyası da mövcuddur.

 

Çıxış edən digər qonaqlar Vaqif Səmədoğlunun poeziyasından söz açıb, onun şeirlərinin Amerikada müsbət qarşılanacağına inandıqlarını qeyd edirlər. Vaqif Səmədoğlu da çıxışında bu kitabın çapında zəhmət çəkən hər kəsə təşəkkür etdiyini bildirib.

 

Sonda xalq artistləri Fəxrəddin Manafov və Fuad Poladov Vaqif Səmədoğlunun şeirlərini oxuyublar.