adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
16 Sentyabr 2014 18:32
8317
ƏDƏBİYYAT
A- A+

Məleykə Əsədova Cəfər Cabbarlı mükafatına layiq görüldü

Xalq artisti, Azərbaycan Milli Dram Teatrının aktrisası Məleykə Əsədova Cəfər Cabbarlı adına mükafata layiq görüldü. Adalet.az-ın məlumatına görə sevilən aktrisaya mükafat bu gün Azərbaycan Yazıçılar Birliyində (AYB) keçirilən Cəfər Cabbarlının 115 illiyinə həsr olunmuş mərasimdə təqdim olundu. Xalq artisti Cabbarlının "Aydın” pyesinə qoyulmuş tamaşadakı Gültəkin roluna görə bu mükafata layiq görüldü. 

M.Əsədova çıxışında bildirdi ki, Cəfər Cabbarlı yaradıcılığına müraciət ona daim uğur gətirib. Belə ki, səhnədə ilk böyük rolu məhz "Aydın” tamaşasındakı Gültəkin obrazı olub. Elə xalq artisti adına da 10 il sonra bu rola görə layiq görülüb.

Qeyd edək ki,  görkəmli sənətkarın adına təsis edilən mükafat hər il təqdim olunur. Mükafat böyük dramaturqun yaradıcılığının səhnə təcəssümü, tədqiqi və təbliği sahəsində müstəsna işlərə, əsərlərə, Azərbaycan ədəbiyyatının və teatrının, estetik fikrinin inkişafında xüsusi əhəmiyyətə malik bədii nümunələrə görə teatr xadimlərinə, dram əsərlərinin müəllifinə verilir.