adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
16 Sentyabr 2014 15:16
2799
MƏMLƏKƏT
A- A+

Kursantlar and içdi

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olan kursantların andiçmə mərasimi keçirilib. Adalet.az Nazirliyin saytına istinadən xəbər verir ki, hərbi məktəbin şəxsi heyətinin, kursantların valideynlərinin iştirakı ilə keçirilən təntənəli mərasimdə Döyüş Bayrağı hərbi marşın sədaları altında sıra meydanına gətirilib. 


Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.

Kursantlar təntənəli şəkildə Vətənə sədaqət andı içdikdən sonra hərbi marşın sədaları altında tribuna önündən keçiblər.

Sonra valideyinlər hərbi məktəbdə kursantlar üçün yüksək səviyyədə yaradılan təlim-tədris, məişət şəraiti və ərazi ilə tanış olublar.