adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
16 Sentyabr 2014 13:08
13244
ŞOU-BİZNES
A- A+

Sezen Aksu pərəstişkarlarını məyus etdi

Türkiyənin məşhur müğənni-bəstəkarı Sezen Aksu gələn il səhnədən gedəcəyini açıqlayıb. Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bursa Kültürpark Teatrında konsert verən Aksu gələn il səhnə fəaliyyətinin 40-cı ildönümünü qeyd edəcəyini və bununla da aktiv səhnədən uzaqlaşacağını bəyan edib. "Uşaqlığımdakı pak, saf həyatıma qayıdacam”, – deyən tanınmış sənətçi dinc həyata üstünlük verdiyini açıqlayıb. Səhnədən ayrılmasını istəməyən pərəstişkarlarına isə "Hətta mən də özümü dinləməkdən bezmişəm”, - deyə cavab verib.

Qeyd edək ki, 1970-ci ildə Həftə Sonu adlı jurnalın keçirdiyi  səs yarışmasında altıncı yeri qazanmaqla sənətə gələn S.Aksu populyarlığı 1978-ci ildə çəkilmiş "Sərçəcik” filmi ilə qazanıb. Həmin ildə də eyni adlı val çıxararaq sənət dünyasında möhürünü təsdiqləyib.