adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Sakit isveçrədə yazanan narahat günlər

19436 | 2007-09-29 07:53
1993-cü ilin ilk ayları idi. Avropanın mərkəzində xeyli zamandır ki, torpağına mərmi düşməyən, əhalisi ov tüfənglərindən başqa hər hansı bir silah səsi eşitməyən, füsunkar təbiətilə hər kəsi məftun edən bir məmləkətdə erməni separatçılarının haqsız id-dialarının əsas ilhamvericilərindən biriylə görüşəcəkdik. Görüş yeri İsveçrə, görüşüləcək tərəflərsə azərbaycanlıların və ermənilərin ali dini rəhbərləri idi.
   
   Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə Hidayət Orucov, Eldar Namazov, Hacı Sabir, Hacı Akif daxil idi. Görüşün əhəmiyyətini və Şeyxin xahişini nəzərə alaraq, mən də bir telejurnalist kimi öz çəkiliş qrupumla onları müşayiət edirdim. Həmin vaxtlar Turkiyənin KANAL-6 televiziyasında çalışırdım. İstanbuldan Cenevrəyə uçduq, oradan da maşınla Montre şəhərinə yollandıq. Məlum olduğu kimi, vaxilə bir sıra tarixi sənədlər bu şəhərdə imzalanıb. Din xadimlərinin görüşü burada keçiriləcəkdi.
   
   Mən Şeyximizi 1980-ci ildən tanıyıram.Onun ilahiyyat alimi ki-mi mükəmməl biliyinə, dini lider kimi yüksək təşkilatçılıq qabiliyyətinə, rəhbərlik bacarığına, ekstremal vəziyyətlərdə qətiyyətinə, eyni zamanda səbrinin böyüklüyünə, təmkininə, insan kimi sadəliyinə yaxşı bələdəm. Onunla bağlı çoxlarına məlum ol-mayan vaxtilə baş vermiş bir hadisəni xatırlamağım yerinə düşər.
   
   Hələ Sovet dövründə Şeyxülislam vəzifəsini yenı icra etməyə başlayan Allahşükür Paşazadə qonşu ölkələrin birinə rəsmi səfər etmişdi. Stadionda keçirilən rəsmi tədbirdə vətəndaşı olduğu SSRİ dövlətinin bayrağının Amerika bayrağı ilə bərabər gözlənilmədən bir qrup iştirakçı tərəfindən ayaqlar altına atılıb tapdandığının şahidi olur. Bu vandalizmi seyr edən heç bir yüksək dövlət məmuru, diplomat, o cümlədən SSRİ - nin fövqəladə səfiri yerində belə qımıldanmır.

TƏQVİM / ARXİV