UMAC MƏSƏLƏSi...

ƏBÜLFƏT MƏDƏTOĞLU
26872 | 2007-09-28 04:12
Bu yazını yazmamışdan öncə tarixə babat bir qiyabi səyahət elədim, möhkəm baş vurdum, olanları, olmuşları, hətta olacaqları çözələdim. Olanlardan, olmuşlardan, hətta olacaqlardan iqtibaslar götürdüm, bir qismini ağ vərəqə yazdım, bir qismini qaralanmış, əzilib sıxılmış kağızlarla dolu zibil qutusuna atdığım vərəqlərə...
   
   Deyirlər ki, fələyin kəndiri uzundu... Deyirlər ki, dünya beş günlükdü, onun da geridə qalan ikisi şənbə-bazara düşür. Bilmirəm heç fələklə bu beş günlük dünyanın nə əlaqəsi, amma hardansa elə birdən ağlıma gəldi. Ağlıma gələn də ki, mütləq başıma gəlir, bunu çox sınamışam. İnanmırsınız nümunə də göstərə bilərəm. Düz 25 il bundan öncə "Fələstin qaçqınları" adlı bir şer yazmışdım. O vaxtı "Təşviqatçı" jurnalında, "Azərbaycan gəncləri"ndə, Universitetin "Lenin yolu uğrunda" qəzetlərində çap olundu, hətta onu radioda da oxudum. Onda 1982-ci il idi... Və heç ağlıma gəlmirdi ki, heç gəlməzdi də nə vaxtsa mən də qaçqın düşəcəm, sonra öz qaçqınlığım barədə şerlər yazacam. Amma onu, yəni öz qaçqınlığım barədə yazdığım şerləri, nə Fələstində, nə İsraildə çap etdirmək, oxumaq imkanım barədə düşünmək belə istəmirəm. Çünki burada "ağlıma gələn" məsələ yox, ayrı bir məsələ olardı, yəni "ac toyuq" məsələsi...
   
   Hə, kəndiri uzun olan fələk hərlədi, fırladı məni də saldı öz doğanağına... Bilirsiniz də doğanaq nədi? Bilmirsinizsə bilənlərdən soruşun, ya da heç soruşub başınızı ağrıtmayın, guya bildiniz nə dəyişəcək ki?

TƏQVİM / ARXİV