adalet.az header logo
  • Bakı 18°C

"iLANA ZƏHƏRi KiM VERƏ BiLƏR?"

288793 | 2007-09-28 04:25
Rusiyanın Xarici İşlər Nazirliyi terrorçuların nüvə silahı əldə etməyə çalışmaları barədə məlumata malikdir. Bu barədə RF xarici işlər nazirinin müavini Anatoli Safonov bəyanat verib. "Bizdə artıq sübut olunmuş dəqiq məlumat var ki, beynəlxalq terror təşkilatları hər hansı formada olmasından asılı olmayaraq nüvə silahı və komponentləri əldə etməyi qarşılarına məqsəd qoyublar"- deyən Safonov Dövlət Dumasının "Nüvə və radioaktiv terrorçuluğa qarşı mübarizə" adlı keçirdiyi seminarda çıxış edərkən qeyd edib ki, "bu gün artıq tam aydındır ki, dünya cihadının yolları müəyyənləşdirilib. Hazırda iki cihad - silahlı və sözlə cihad mövcuddur".
   
   Diplomat hesab edir ki, dünya nüvə terrorizmi təhlükəsi qarşısındadır. Ona görə də göstərilən hər iki istiqamətdə aktiv mübarizə aparmaq lazımdır ki, kütləvi qırğın silahları heç bir halda terror təşkilatlarının əlinə düşməsin.
   
   XİN-in rəsmi nümayəndəsi daha sonra çıxışında bildirir ki, dünya liderləri və bir çox siyasilər hesab edirlər ki,nüvə terrorizmi problemi hələ "üzdə" deyil. "Onlar düşünmürlər ki, sabah bu problem üzə çıxarsa onda dünyanı nə gözləyə bilər". Daha sonra o məsləhət görür ki, adi terror aktlarının qarşısının alınmasında çətinliklər mövcud olduğu halda nüvə terrorizminin qarşısının alınması üçün çox işlər görmək olar. Kütləvi qırğın silahlarının terror təşkilatlarının əlinə keçməməsi üçün "sadəcə olaraq onları kütləvi qırğın silahları hazırlayan müəssisələrin "ətrafına" buraxmamaq lazımdır".
   
   Bizə elə gəlir ki, rusiyalı diplomat elə buradan başlasaydı daha yaxşı olardı. Bu gün kütləvi qırğın silahlarına malik olan və istehsal edən bir neçə dövlət var ki, onların da adı hamıya məlumdur. "Yeddi qıfıl" arxasında çox güclü nəzarət altında qorunan bu müəssisələrə nəinki terrorçu, heç quş da yaxın buraxılmır. Bu dövlətlərin özlərinin "marağı olmasa" nüvə silahlarının və yaxud komponentlərinin terrorçuların əlinə düşməsi qeyri-mümkündür.
   
   Beynəlxalq terror təşkilatlarının yaradılması, onların fəaliyyəti üçün maliyyə dəstəyinin verilməsi də məhz bu dövlətlər tərəfindən həyata keçirilir. Bu gün ən müasir rus və amerikan silahları ilə silahlanmış terrorçuların törətdikləri ağır faciələrə səbəb olan qanlı terror aktları zamanı istifadə etdikləri ən müasir texnologiyaya malik olan partlayıcı qurğular Rusiya və ABŞ istehsalıdır.

TƏQVİM / ARXİV