adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
14 Sentyabr 2014 18:59
30376
İDMAN
A- A+

Güləşçimiz erməni rəqibini biabır etdi - Yenilənib

Özbəkistanın paytaxtı Daşkənd şəhərində böyüklər arasında güləş üzrə Dünya çempionatı davam edir. 


Adalet.az xəbər verir ki, çempionatın son günündə 59, 71 və 98 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizə aparacaq.

59 kq-da ölkəmizi təmsil edəcək Taleh Məmmədov ilk görüşündə Fransa güləşçisi Yasin Ozayla qarşılaşacaq.

Son Avropa çempionatının gümüş mükafatçısı Rəsul Çunayev isə 71 kq-da yarışacaq. O, ilk görüşünü 1/16 final mərhələsində Yaponiya təmsilçisi Noritomo Eto ilə keçirəcək.

98 kq-da mübarizə aparan gürcüstanlı legionerimiz Şalva Qadabadze də yarışlara 1/16 final mərhələsindən qoşulacaq. Dünya və Avropa çempionatları mükafatçısının ilk rəqibi ikiqat Avropa çempionu türkiyəli Cenk İldem olacaq.

İlk görüşdə Taleh Fransa idmançısına çətinliklə də olsa qalib gəlib(3-2). Onun növbəti rəqibi isə Almaniya təmsilçisi Deniz Menekse olacaq.

Rəsul Çunayev isə ilk görüşdə yaponiyalı rəqibinə heç bir şans vermnəyib. 8-0 hesabı ilə qalib gələn güləşçimizin növbəti rəqibi ABŞ təmsilçisi olacaq.

Şalva Qadabadze isə ilk görüşündə Türkiyə pəhləvanı Cenk İldemlə bacarmayıb. 

Taleh Məmmədov ikinci görüşündə almaniyalı rəqibini də məğlub edib(6-3)

Rəsul Çunayev gərgin leçən mübarizədə ABŞ təmsilçisini də məğlub edərək 1/4 finala çıxıb.

Taleh və Rəsul uğurun ardını gətirə bilməyib. Müvafiq olaraq Türkiyə və İran güləşçilərinə məğlub olan təmsilçilərimiz ümidini bürünc medala bağlamalı olub.


Rəsul Çunayev təsəlliverici görüşdə Rumıniya güləşçisini böyük üstünlüklə məğlub edərək bürünc uğrunda həlledici görüşə vəsiqə qazanıb. O, bu mərhələdə erməni güləşçi ilə qarşılaşacaq.

Taleh Məmmədovun məğlub olduğu İran güləşçisi də finala çıxdığından o da bürünc medal uğrunda təsəlliverici görüşlərdə iştirak edəcək.

Taleh Məmmədov təsəlliverici görüşdə Kuba idmançısına məğlub olaraq bürünc medal şansını da itirib.

Rəsul Çunayev bürünc medal qarşılaşmasında erməni rəqibinə heç bir şans verməyib. Cəmi 23 saniyəyə tam üstünlüklə qələbə qazanan pəhləvanımız mundialın bürünc medalını qazanıb.