adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
12 Sentyabr 2014 18:12
16565
GÜNDƏM
A- A+

Akademiyanın Prezidenti akademik Akif Əlizadə Bilik Fondunda - Fotolar

Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti, Azərbaycan Respublikasının Prezidentiyanında Bilik Fondunun Himayəçilik Şurasının sədri Akif Əlizadə Bilik Fondunun əməkdaşları ilə görüşüb. Görüşdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Himayəçilik Şurasının üzvü akademik Kamal Abdullayev də iştirak edib.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov fondun fəaliyyəti üçün yaradılan şəraitə görə president İlham Əliyevə təşəkkürünü bildirib və hər bir əməkdaşın göstərilən etimadı doğruldacağına əminliyini ifadə edib. O.Səmədov qonaqlara həyata keçirilən layihələr - "İlboyubilik” proqramının "Qardaşlaşmış məktəblər”, "Docendo Discimus”, "Dini abidələrdə tarixin izləri”, "Auditoriya+”, "Azərbaycan elmi xaricdə”, "Dünya elmi Azərbaycanda”, "Yaradıcılıq fakültələri”, "Məscidlərdə kitabxana”, "Epizod”, "Ustad vəşəyird” "Azərbaycan bayrağı”layihələri haqqında geniş məlumat verib.

Müxtəlif layihələr üzrə bölgələrə dəfələrlə ezam olunan Bilik Fondunun əməkdaşları bu günə qədər qardaşlaşmış Şuşa, Ağdam, Füzuli, Gəncə, Astara, Şəki, Gədəbəy, Biləsuvar və digər şəhər və rayonların orta məktəb şagirdlərinin layihədən faydalanması, onlar arasında yaranan isti münasibətlər, dini abidələrin araşdırılması ilə bağlı geniş məlumat verdilər.

Akademik A.Əlizadə Bilik Fondunun qısa zaman ərzində gördüyü işlərdən razı qaldığını bildirib,məktəblilərin biliklərinin artırılması, intellectual səviyyələrinin formalaşması, vətənpərvərlik hisslərinin yüksəldilməsi üçün həyata keçirilən layihələrin uğurlu nəticələr verəcəyinə inamınıi fadə edib. AMEA-nın Prezidenti maariflənmə hərəkatına orta məktəblərlə yanaşı, ali məktəblərində cəlb olunmasını, gənc alimlərin, eləcə də xaricdə yaşayan azərbaycanlı elm adamlarının potensialından da faydalanmağı qeyd etdi. Akademik A.Əlizadə həmçinin Bilik Fondunun bütün layihələrinə AMEA-nın dəstək verməyə hazır olduğunu bildirib, akademiyanın müxtəlif institutlarında müntəzəm görüşlərin keçirilməsinin vacibliyini vurğulayıb.

Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Bilik Fondunun yaradılmasını Azərbaycan ziyalılığına göstərilmiş etimad kimi dəyərləndirən Dövlət müşaviri akademik Kamal Abdullayev fondun fəaliyyətinin daha da səmərəli təşkil olunması məqsədilə Himayəçilik Şurası sədrinin görüşdə səsləndirdiyi təklif və tövsiyələri yüksək qiymətləndirib. Akademik K. Abdullayev Rabitə və Yüksək Texnologiyalar nazirliyi ilə Bilik Fondunun birgə həyata keçirəcəyi distant mühazirələr barədə məlumat verib və bildirib ki,bu layihə çərçivəsində onlayn sistemlə Azərbaycanın 15 bölgəsində virtual konfranslar təşkil olunacaq. Layihəyə cəlb olunacaq rayonlardan olan 300-ə qədər sakin tanınmış yerli xə xarici elm adamlarının virtual mühazirələrini dinləyəcək, konfranslara interaktiv olaraq qatılacaqlar. Bundan əlavə Dövlət müşaviri vurğulayıb ki, Ölkə Prezidentinin tövsiyyəsi ilə reallaşan "Ölkəmizi tanıyaq” tur-aksiyasının davamı olan Bilik Fondunun müxtəlif layihələri çərçivəsində şagirdlərin Azərbaycanın müxtəlif bölgələrinə etdiyi səfərlər təkcə onlara Azərbaycanı yaxşı tanıtdırmaqla məhdudlaşmır, bu həm də uşaq və yeniyetmələr, həmçinin bölgələrin ziyalıları arasında dostluq, qardaşlıq münaasibətlərinin yaranmasına böyük təkan verir.

Görüşün sonunda Prezident yanında Bilik Fondunun gələcəkdə icra edəcəyi müxtəlif layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında

Bilik Fondunun İnformasiya Təminatı sektoru