adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
12 Sentyabr 2014 17:39
6253
SİYASƏT
A- A+

Novruz Məmmədovdan yeni tvit

"Azərbaycan İsveç xarici işlər nazirinin "xüsusi əlaqələri" və iddiaları barədə məlumatlandırılmışdı və ona görə də deyirdi: "görün, bizim haqqımızda kim fikir formalaşdırır". Bu barədə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Twitter" səhifəsində  qeyd edib.

"Aftonbladet” qəzetinin məlumatından aydın olur ki, nazir Karl Bildtin tənqidlərinə məruz qalmamaq üçün onunla "xüsusi əlaqələr” qurmaq lazımdır"- deyə, N. Məmmədov öz səhifəsində əlavə edib.

Xatırladaq ki,  İsveçin "Aftonbladet” qəzeti XİN rəhbəri K. Bildti korrupsiyada və Gürcüstanın keçmiş rəhbərliyinə tamahkar lobbiçilikdə günahlandırıb. K. Bildtlə əlaqəsi olan PR firma 3 milyon dollardan artıq vəsait müqabilində Mixeil Saakaşvilinin Avropada imicinin yaxşılaşdırılması ilə bağlı bu ölkənin əvvəlki hakimiyyətindən pul alıb.

Qeyd edək ki, İsveçin xarici işlər naziri dəfələrlə Azərbaycanın ünvanına əsassız tənqidlərlə çıxış edib.