adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
12 Sentyabr 2014 17:26
12305
GÜNDƏM
A- A+

Bilik Fondu 20 məktəbi qardaşlaşdırdı - 1-ci mərhələ bitdi

Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun "İlboyu bilik” proqramının ilk mərhələsi sona çatdı.


Bilik Fondunun İnformasiya təminatı sektorundan Adalet.az-a verilən məlumata görə, "İlboyu bilik” proqramının "Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində ölkə ərazisində olan 20 məktəb qardaşlaşıb.

Sentyabrın 8-dən başlayan layihənin birinci mərhələsi 5 gün davam edib. Bu müddətdə Bakının 190 saylı məktəbi Şəkinin N.Gəncəvi adına 7 saylı, 145 saylı orta məktəbi Ağstafanın 1 saylı, BSU-nun Məktəb-Lisey Kompleksi Tovuzun Sovet Kazımov adına Qovlar şəhər, Şuşanın Malıbəyli kənd 1 saylı orta məktəbi Gəncənin N.Rəfibəyli adına 43 saylı, Astaranın 2 saylı orta məktəbi Ağdamın Quzanlı kənd məktəbi, Biləsuvarın 4 saylı orta məktəbi Gədəbəyin Slavyanka kənd məktəbi, Sumqayıtın H.Aslanov adına 22 say orta məktəbi Quba şəhəri 3 saylı, Oğuzun 2 saylı orta məktəbi Beyləqanın 1 saylı, Migəçevir Texniki Hümanitar Liseyi Füzulinin Horadiz şəhər T.Mehdiyev adına 2 saylı, Şamaxının Sabir qəsəbə orta məktəbi Bərdənin Z.Əlizadə adına texniki təmayüllü məktəb-liseyi ilə Qardaşlaşma müqaviləsi imzalayıb.

Tədbirlər yüksək səviyyədə təşkil olunub. Bütün bölgələrdə şagirdlər öncə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Məktəblər arasında imzalanan "Qardaşlaşma sazişi”nin müddəları məktəblilərin müzakirəsi əsasında müəyyənləşib. Qonaqlar ev sahiblərinə hədiyyələr verib, tərəflər təmsil etdikləri rayonun və məktəbin təqdimatını keçiriblər.

Məktəblilər qonaq olduqları bölgəni ekskursiya edib, dəyirmi masalar keçirib, intellektual yarışmalar təşkil olunub. Layihənin qeyri-adiliyi ondan ibarət olub ki, burada təkcə qaliblər deyil, məğlublar da mükafatlandırılıb.

Layihəyə cəlb olunan bölgələrin ziyalıları, məktəb direktorları, şagirdlər, valideynlər proqramdan razılıq ediblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "İlboyu bilik” proqramının "Qardaşlaşmış məktəblər” layihəsinin ilk mərhələsi senyabrın 15-dək davam edəcək. Sonrakı mərhələlərdə ölkədəki bütün məktəblər layihəyə cəlb olunacaq.Sentyabrın 15-də respublika üzrə 75 məktəbdə ölkənin tanınmış elm adamları – akademiklər, professorlar, o cümlədən 5 ölkənin Azərbaycandakı səfirləri ilk dərs günü şagirdlərə mühazirələr oxuyacaqlar.