adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
12 Sentyabr 2014 16:35
10122
ŞOU-BİZNES
A- A+

Dünya gözəlinə bu tac veriləcək

Sentyabrın 14-də "Baku Crystall Hall"da keçiriləcək 89-cu "Miss Globe İnternational" beynəlxalq gözəllik yarışmasının mətbuat konfransı keçirilib. Adalet.az-ıın məlumatına görə, konfransda yarışmanın Azərbaycandakı təşkilatçıları və gözəllik yarışmasında iştirak edəcək müxtəlif ölkə təmsilçiləri iştirak ediblər. Azərbaycana gələn xanımlar müsabiqədən öncə həyəcanlı olduqlarını və paytaxtımızı bəyəndiklərini söyləyiblər. Daha sonra təşkilatçılar jurnalistlərin müsabiqə ilə bağlı suallarını cavablandırıb. Sonda final gecəsində qalib iştirakçıya təqdim olunacaq tac nümayiş olunub.

Xatırladaq ki, "Miss Globe İnternational" müsabiqəsinin finalında iştirak etmək üçün xüsusi olaraq Bakıya məşhur ifaçılar və aktyorlar gələcək. Onlar arasında Demet Akalın, Gürkan Uyqun, Gökhan Özen, Kaan Gülsoy, İnna, rəqqasə Asena və Rumıniyanın "Radio Killer" qrupu var.Bundan əlavə müsabiqə dünyanın 70-dən çox ölkəsində yayımlanacaq. Burada irqi, dini inancı və milliyyətindən asılı olmayaraq 18-24 yaşlı qızlar iştirak edirlər. Müsabiqə ilk dəfə 1925-ci ildə İstanbulda keçirilib.

Qeyd edək ki, sözügedən yarışmada ölkəmizi model Oksana Rzayeva təmsil edəcək.