adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
12 Sentyabr 2014 14:11
6449
ƏDƏBİYYAT
A- A+

“Deyiblər ki, Almaniyaya mütləq gəl” – Zəlimxan Yaqub

Səhhəti ilə əlaqədar bir aydan yuxarıdır Almaniyada müalicə kursu alan xalq şairi Zəlimxan Yaqub Bakıya qayıdıb.

Şair AzNews.az-a açıqlamasında bildirib ki, Almaniyadan qayıdandan sonra özünü yaxşı hiss edir. Amma buna baxmayaraq, yenidən Almaniyaya qayıdacaq: "Həkimlər əlindən gələni etdi. Müalicə kursu aldım, amma bu məqsədlə yenidən 3 aydan sonra Almaniyaya qayıdacam. Deyiblər ki, mütləq gəl”.

"Böyrəyinizdə nəzərdə tutulan əməliyyatla bağlı alman həkimlərinin qərarı nə oldu” sualına Z.Yaqubun cavabı belə olub: "Deyəsən, nəsə fikirləşiblər. Noyabr ayının sonu məlum olacaq”.

Xatırladaq ki, xalq şairi böyrək çatışmazlığından əziyyət çəkir.