adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
12 Sentyabr 2014 19:41
14724
İDMAN
A- A+

Mürsəliyev bürünc, Təhmasibi gümüş medal qazandı - Yenilənib

Özbəkistanın paytaxtı Daşkənd şəhərində böyüklər arasında güləş üzrə Dünya çempionatı davam edir.

Çempionatın beşinci günündə 63 kq çəki dərəcəsində qadın güləşçilər, 75 və 85 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri yarışır.

Qadınların yarışında son çəki dərəcəsi olan 63 kq-da ölkəmizi təmsil edən Raqnetta Qurbanzadə ilk görüşünü 1/8 finalda Braziliya və İsveç təmsilçilərindən biri ilə keçirəcək.

75 kq-da Yunan-Roma güləşi yarışlarınnda ölkəmizi təmsil edən Elvin Mürsəliyev ilk görüşünə çıxıb. O, 0-9 hesabı ilə məğlub olub.

85 kq-da güləşən keçən dünya çempionatının gümüş mükafatçısı Saman Təhmasibi ilk görüşündə Almaniya təmsilçisi Ramsin Azizsir ilə görüşdən qalib ayrılıb.


Ilk görüşdə İsveç idmançısına məğlub olan Raqnetta Qurbanzadə mundialla erkən vidalaşıb.

Saman Təhmasibi isə ikinci görüşündə Çin idmançısını da məğlub edərək 1/4 finala vəsiqə qazanıb. Yarımfinal uğrunda onun rəqibi gürcü Qeqeşidze olacaq.

Gürcü Qeqeşidze ilə görüşdən də 4-0 hesabı ilə  qalib ayrılan iranlı legioner dünya çempionatının yarımfinalına vəsiqə qazanıb.

Yarımfinalda Ukrayna təmsilçisi Belenyuku 4-0 hesabı ilə məğlub edən Saman Təhmasibi ard-arda ikinci dəfə mundialın finalına yüksəlib. Onun çempionluq uğrunda rəqibi Fransa təmsilçisi olacaq.

Rəqibinin finala yüksəlməsi sayəsində təsəlliverici görüşlərə qatılmaq şansı əldə edən Elvin Mürsəliyev ilk olaraq avstriyalı, daha sonra isə meksikalı rəqibini məğlub edərək bürünc medal uğrunda güləşmək şansı qazanıb. Bürünc medal qarşılaşmasında gürcüstanlı Zurabi Datunaşvilini məğlub edən idmançımız millimizin aktivinə bürünc medal yazıb. Qeyd edək ki, Mürsəliyev bu il Finlandiyada keçirilən Avropa çempionatının da bürünc medalını qazanıb.

Saman Təhmasibi final görüşündə Fransa güləşçisinə 0-3 hesabı ilə məğlub olaraq gümüş medalla kifayətlənməli olub.

Sahib Əsədbəyli