adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
12 Sentyabr 2014 10:24
10968
TEXNOLOGİYA
A- A+

Smartfonların internet sürəti yüz dəfə artacaq

Artıq smartfonlarda internet sürəti qat-qat çox olacaq.

Bu yeni icad edilmiş element olan qrafen vasitəsilə həyata keçəcək. Məsələ ondadır ki, bu element məlumat axınını müasir smartfonlarla müqayisədə daha sürətli ötürür.

Lakin bu hələ yeni icadın son özəlliyi deyil. Çoxfunksiyalı element digər yüksək-texnologiya vasitələrində də istifadə olunacaq.

Qrafen poladdan möhkəmdir və çox nazik olduğuna görə ikiölçülü hesab edilir. Qrafen torunun qalınlığı bir atom təşkil edir ki, bu da kağızdan bir milyon dəfə nazikdir. 10 il əvvəl – 2004-cü ildə kəşf edilən qrafen kimyəvi əlaqələrlə birləşdirilmiş karbon atomlarının bir qatından ibarət yüksək elektrik keçirici, davamlı və elastik nanomaterialdır. Bir neçə nanometrlik qalınlığı sayəsində bu material görünən işıq üçün, demək olar, tam şəffafdır və buna görə mikroelektron qurğularda tətbiq olunmaq üçün çox perspektivli sayılır.

Bundan başqa, gələcəkdə elementin əsasında yaradılacaq qurğular zədələrə hazırda istifadə edilən qurğulardan daha davamlı olacaq.

Qrafen Böyük Britaniyada icad edilib və artıq ölkədə yeni elementin praktiki tətbiqi üzrə 2012-ci ildə yaradılan Milli Qrafen İnstitutu da mövcuddur. Buna baxmayaraq sərfəli elementin öyrənilməsi dünya ölkələrini qane etmir.

Böyük Britaniyanın maliyyə naziri Corc Osborn ölkədə qrafendən istifadənin tətbiqi üsullarının öyrənilməsi üzrə ikinci mərkəzin yaradılmasını bəyan edib.

Belə ki, maliyyə naziri İnnovativ Qrafen Mühəndisliyi Mərkəzinin təsis edilməsinə 60 milyon funt-sterlinqin (97 milyon dollar) ayrılmasını bildirib. Bu məbləğin 20 milyon funt-sterlinqi (32,5 milyon dollar) Böyük Britaniya dövlət büdcəsindən daxil olacaq. 30 milyon funt-sterlinq (48,5 milyon dollar) Əbu Dabidə fəaliyyət göstərən "Misdar” şirkəti (bərpa olunan enerjinin inkişafı ilə məşğul olur) tərəfindən ayrılacaq. Daha 10 milyon funt-sterlinq (16 milyon dollar) Massaçusets Universitetinin Avropa Regional İnkişaf Fondundan (ERDF) aldığı vəsaitlərdən yönəldiləcək.(ans)