adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
11 Sentyabr 2014 17:22
7530
ƏDƏBİYYAT
A- A+

Qələm adamlarına müjdə

Artıq yazar və şairlər nəşr etdirdikləri kitablarının yayım və reklamı ilə bağlı qayğılardan uzaq olacaqlar. Azərbaycan Yazıçılar Birliyindən (AYB) Adalet.az-a verilən məlumata görə, ötən gün təqdimatı həyata keçirilən "AybKitab” layihəsi vasitəsilə təkcə Yazıçılar Birliyinə üzv olan ədiblər deyil, kənar müəlliflər də kitablarını nəşr etdirə biləcəklər. "Amma Yazıçılar Birliyinə üzv olan ədiblərdən fərqli olaraq onlar müəyyən qədər maddi vəsait ödəməli olacaqlar. Hələlik bu mexanizm hazırlanır. Yaxın zamanlarda ödəniləcək məbləğin tam və ya qismən olması ilə bağlı dəqiq informasiya veriləcək”, - deyə qurumdan bildirilib.

Qeyd edək ki,  "Aybkitab”  layihəsi çərçivəsində bu loqo altında kitabların nəşri, online satışı, təbliği, çap olunmuş kitabların müəllifləri ilə imza günlərinin keçirilməsi, yeni müəlliflərin oxuculara tanıdılması, bölgələrdə onlarla görüşünün təşkili həyata keçiriləcək. Eləcə də satışdan cəmlənən vəsaitlə müəlliflərə qonorar ödəniləcək.