adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
11 Sentyabr 2014 16:56
7555
SAĞLAMLIQ
A- A+

Cərrah masasında görünməmiş hadisə

Tibb sahəsində görünməmiş hadisə baş verib. Belə ki, litvalı qadın beynindən əməliyyat olunduğu halda, eyni zamanda skripkada da ifa edib. Adalet.az Rusiya mətbuatına istinadən məlumat verir ki, İsraildə baş tutmuş cərrahi əməliyyatda yerli narkoz altında olan Naomi Elişuv adlı skripkaçı qadın sevimli alətində Motsartın əsərini ifa edib.   

Həkimlər qadının beyninə 1,3 millimetr həcmində elektrotənzimləyici aparat yerləşdiriblər. Cərrahların bildirdiyinə görə, aparat yerləşdirilərkən xəstənin aktiv hərəkətdə olmasına ehtiyac varmış. 

"Çünki xəstənin əvvəllər əl titrəməsinə səbəb olan neyroloji xəstəliyinin aradan qaldırılması üçün onun hərəkəti nəzarət altına alınmalı idi", - deyə həkimlər bildiriblər.