adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
11 Sentyabr 2014 13:03
9718
MƏMLƏKƏT
A- A+

Şadlıq evləri qadağalardan xəbərsizdilər

Bir sıra KİV-lərdə sentyabrın 15-dən etibarən şadlıq evlərində keçirilən toy mərasimlərində israfçılığın qarşısını almaqla məqsədi ilə  süfrəyə qoyulan nemətlərin çeşidi azaldılması ilə bağlı xəbər yayılıb. Yayılan məlumata görə, tətbiq olunacaq qadağalarla qiymətlər ucuzlaşacaq. Məlumatda o da qeyd olunur ki, tapşırığa əsasən  menyu 15-25 manat civarında olmalıdır. 

Həmçinin  bildirilir ki, bu qaydaya əməl etməyən restoranları ağır cəzalar gözləyir. Onlara tövsiyəyə əməl olunmasa, 4-5 min manat cərimə olunacağı xəbərdarlığı edilib. 

Adalet.az saytı paytaxt  restoranlarla əlaqə saxlayıb.

"Yeganə” şadlıq sarayından bildirilib ki, toy menyularına hər hansı qadağalarıən tətbiq olunacağı ilə bağlı onlarda məlumat yoxdur. Şadlıq Sarayının nümayəndəsi qeyd edib ki, menyular əvvəlki qaydada müştərilərə təklif olunur.

"Qızıl Tac” sadlıq sarayından məsələyə münasibət öyrənən zaman bəlli oldu ki, tətbiq olunacaq qadağalla bağlı onlarda hər hansı məlumat yoxdur. Şadlıq evindən bildirdilər ki, menyuda hər hansı dəyişiklik həyata keçirilməyib. 

AzVision.az saytı da öz növbəsində bir neçə şadlıq sarayının məsələ ilə bağlı mövqeyini öyrənib. 

"Movida plaza” şadlıq evinin administratoru toy mərasimlərinə məhdudiyyət qoyulması təklifini dəstəkləyir. Hesab edir ki, yas mərasimləri kimi toy süfrələrinə də məhdudiyyət qoyulmalıdır:  "Bizdə hələ ki, heç bir məhdudiyyət yoxdur, ona görə də dəqiq bir söz deyə bilmərəm”. 

"Ay işığı” şadlıq evinin administratoru isə vurğulayıb ki, onlar heç bir israfçılığa yol vermədiyinə görə, bu restoranda toy süfrəsinə məhdudiyyətlər qoymağa ehtiyac yoxdur: "Çörəyi də az-az, yeyildikcə veririk. Biz çalışırıq ki, israfçılığa yol verməyək”. 

"Kolizey” şadlıq evinin nümayəndəsi mövzuyla bağlı fikrini açıqlamaq istəməyib. 

O vurğulayıb ki, əgər hansısa məhdudiyət qanuniləşərsə, onlar da bunu tətbiq edəcəklər. 

"Niaqara” şadlıq evinin administratoru Elşad Rəsulov isə bu fikirdədir ki, məhdudiyyətlərin tətbiqi mümkün olmayacaq, çünki süfrədəki təamların sayını və çeşidini toy sahibləri seçir: 

"Bunu biz müəyyən etmirik. Toy yiyəsi desə ki, mənə təkcə konfet ver, biz də konfet verəcəyik. Bu bizdən asılı olan hal deyil. Həmişə olmuş ənənədir, ona görə də bunu yığışdırmaq asan məsələ deyil”. 

"Hollivud” şadlıq evinin adminstratoru isə fərqli düşünür.

"Yemək zibilliyə tullanır? Kim nə istəyirsə, onu da yeyir. Camaatın yemək yeməyinə məhdudiyyət qoymaq olar?”.

Ədil