İş elə gətirib ki, son vaxtlar həmsöhbət olduğum məşhur insanların əksəriyyətinə həmişə bir sual ünvanlayıram. Soruşuram ki, siz nədən qorxursunuz? Təbii ki, cavablar müxtəlif olur. Amma bu müxtəlifliyin içərisində bir məqam var ki, bu bütün hallarda üst-üstə düşür və bunu görməmək mümkün deyil. Yəni həmsöhəbətlərimin hamısının bir mənalı olaraq qorxduğu Allahdır, Allahın qəzəbinə gəlməkdir, Allahın gözündən düşməkdir, Allahın yadından çıxmaqdır...
Həyatda nə yaşamışamsa, ömür baxımından deyirəm, onu özüm daha yaxşı bilirəm. Söhbət heç də illərin sayından, ayların, günlərin keçidindən, bər-bəzəyindən getmir. Çünki oxuduğum, öyrəndiyim və özümün də qəti əmin olduğum bir fikir var:
- İnsanın ömrü onun yaşadığı illərin sayı ilə yox, mənası ilə, dəyəri ilə daha çox diqqəti çəkir. Elə ona görə də məhz YAŞAMAQ anlayışı onda öz əsl mənasını ortaya qoyur. Bu yerdə xalq şairi Bəxtiyar Vahabzadənin məşhur misralarını xatırlayıram.
Yaşamaq yanamaqdır, yanasan gərək
Həyatın mənası yalnız ondadır.
Şam əgər yanmırsa yaşamır demək,
Onun da mənası yanmağındadır.
Zənnimcə bu şeri şərh etməyə, xırdalamağa heç bir lüzum yoxdur. Çünki hər şey göz önündədir.