adalet.az header logo
  • Bakı 21°C
09 Sentyabr 2014 10:48
6379
MƏMLƏKƏT
A- A+

Sevinc Osmanqızı ANS-dən getdi

ANS-in daha bir tanınmış əməkdaşı telekanalı tərk edib. Bu barədə lent.az-a ANS TV-dən məlumat daxil olub. Məlumata görə, ANS-in Vaşinqton bürosunun müxbiri Sevinc Osmanqızı kanalla yollarını ayırıb. Artıq onun yerinə təyinat da olub. Televiziyanın xəbər müxbiri Rita Ömərova S. Osmanqızının yerinə təyin edilib. Adının çəkilməsini istəməyən televiziya əməkdaşı vurğulayıb ki, R. Ömərova ingilis dilini mükəmməl bilməsə də, onun təyinatı məcburiyyətdən gerçəkləşdirilib.

ANS Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr müşaviri Mais Məmmədov açıqlamasında faktı təsdiqləyib: "Sevinc xanım öz ərizəsi ilə vəzifəsindən uzaqlaşıb. Həm də bunu məndən niyə soruşursunuz? Zəng edib, özündən soruşun”.

Qeyd edək ki, S. Osmanqızı tanınmış jurnalist və dövlət xadimi Osman Mirzəyevin qızıdır.