adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

"MƏKTƏB ZAMANI GƏLDi

OQTAY SALAMOV
21495 | 2007-09-15 06:27
Əvvəl başdan deyim ki, yarımbaşlıqda "vəfalı" sözünü mən dırnağa almışam, Sabir rəhmətlik sözü həqiqi mənada işlətmişdi. Mən dırnaqda yazmağımın mənasını isə yazıda verməyə çalışacam. Təqvimin elə günü qismət olub ki, bu il dərslərin başlanması şənbə gününə düşüb. Yəni həm orta məktəblərdə, həm də texnikum, litsey, gimnaziya, universitet və akademiyalarda (ay maşallah, düşmən gözü çıxarırıq) birinci sinfə, birinci kursa gedənlər ömürlərinin filan qədərlərini keçirəcəkləri (oxuyub-oxumayacaqları hələ qəti bilinmir) məkanla tanış olacaq, özlərini göstərəcək, köhnələr də köhnə tanışları ilə görüşüb-öpüşəcək, keçən ildən qalan borclarını verəcəklərini bir-birlərinə və müəllimlərə vəd edəcək, təzə gələnlərə müştəri gözü ilə baxacaq və çıxıb gedəcəklər getdikləri yerə. Yəni dərslərin başlanması günü olsa da, əslində dərs olmayacaq. Deyir, ili necə başlayarsansa, elə də gedər. Qorxuram elə il boyu dərs olmasın. Onsuz da çox, lap çox şeylər bizə dərs olmur ki, olmur.
   
   

TƏQVİM / ARXİV