adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

GƏNC DOSTUMA

18471 | 2007-09-15 06:41
Birinin övladı anadan olanda gözaydınlığına gələn qohumların, yaxınların adətən nə arzuladığı hamıya bəllidir. Arzular sırasında bu ikisi də mütləq var: "O gün olsun, uşaq məktəbə getsin", "O gün olsun, böyüyüb instituta girsin".
   
   Çoxları üçün bir vaxtlar arzu olan həmin gün gəlib çatdı. Yeni dərs ili başladı, balalar artıq məktəbə yollandı. Kimi birinci sinfə, kimi birinci kursa... Məncə birinci sinfə gedənlərin sevinci daha böyük olacaq. Bəlkə ona görə ki, orada hər şey əlifbadan başlayacaq - "A" hərfindən. Sonra öyrənə-öyrənə hərflərin sayı 32-yə çatacaq. Sonra sözlərin düzgün tələffüzü, yazılış qaydası. Dünyaya açılan bu kiçik pəncərə getdikcə bö-yüyəcək, böyüdükcə sinif otağı da dar gələcək. Çünki yaşadığın mühit, cəmiyyət tədris ocaqlarında keçilən fənlərdən fərqli olan real həyat dərsini verməyə başlayacaq. Əslində məktəblərdə öyrənəcəklərin qarşıdakı həyat məktəbi üçün bir hazırlıq kursudur.

TƏQVİM / ARXİV