adalet.az header logo
  • Bakı 13°C
08 Sentyabr 2014 13:25
8334
MƏMLƏKƏT
A- A+

Qənirə Paşayeva Aqil Ələsgəri məhkəməyə verir

Millət vəkili Qənirə Paşayeva jurnalist, dini araşdırmaçı Aqil Ələsgəri məhkəməyə verir. 



Adalet.az xəbər verir ki, bu barədə millət vəkilinin özü facebook səhifəsində məlumat verib. 

 "Özümə söz vermişdim ki, fəaliyyətim dövründə jurnalist həmkarlarımı, hətta haqqımda haqsızlıq, ədalətsizlik yazsalar belə, məhkəməyə verməyim. Çox təssüf ki, bəziləri bundan çox sui-istifadə edirlər. Türkiyənin "AHaber" kanalında çıxış edən jurnalist həmkarımız Aqil Ələsgər Türkiyənin daxili məsələsi olan "Paralel yapı" mövzusunda danışarkən Azərbaycanda bir sıra dövlət məmurları və millət vəkillərinin, o cümlədən mənim də adımı çəkib. Özünə də etirazımı bildirdim. Vodeolinki dünən gecə izlədim. Adımın bu cür mövzular içərisində hallanması xoşagəlməz olduğu kimi, mənlə bağla yanlış məlumatlar verilib və ifadələr işlədilib. Mənim türk məktəblərinin tədbirlərində və türkcə olimpiyadalarda iştirak və çıxışımı əsas götürüb xoş olamayan ittiham irəli sürən jurnalist həmkarımıza xatırlatmaq istəyirəm ki, həmin tədbirlərdə Türkiyə və Azərbaycanın demək olar ki, əksər dövlət xadimləri, ziyalıları, millət vəkilləri də iştirak ediblər və mənim həmin tədbirlərdə iştirak etdiyimə görə bu gün hansısa doğru olmayan ittiham səsləndirmək böyük haqsızlıqdır, mətiqsizlikdir və ciddi insanlar məsələnin arxasıda əslində nələrin dayandığını çox gözəl bilirlər", deyə Q.Paşayeva bildirib. Deputat qeyd edir ki, video-çıxışın kinkini hüquqşunaslara göndərib: "Dövlətimiz və onun təhlükəsizlik qurumları o cümlədən qardaş Türkiyəin də təhlükəsizlik orqanları bu çıxışı edən həmkarımız, mən də daxil olmaqla kimin kim olduğunu və kimə işlədiyini də çox yaxşı bilirlər. Mən hər zaman sadəcə dövlətimə xidmət edən bir insan olmuşam və ona görə də bunu çəkinmədən söyləyə bilirəm. Siyasi düşüncə olaraq da hər zaman cənab Prezidentin yanında olmuşam. Bir az əvvəl isə millət vəkili dostlardan biri mənə bu mövzu ilə bağlı maraqlı məlumatlar da verdi. Məlum oldu ki, Türkiyənin yeni prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğana özünü daha yaxın göstərmək, bundan istifadə etmək istəyən bir dəstə azərbaycanlı var və onlar bu kimi fəaliyyətlərin əsas ilhamvericiləridir. Yazıqlar olsun... Mən hər zaman Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla Türkiyənin bütün siyasi liderlərinə,partiya sədrlərinə sayğı ilə yanaşmış onların haqqında heç zaman xoş olmayan ifadələrlə çıxış etmədiyim kimi Türkiyənin daxili siyasətinə də qarışmamışam,hər zaman Türkiyə xalqının iradəsinə sayğı ilə yanaşmışam. Çünki mən Türkiyə deyil Azərbaycan vətəndaşıyam və yanaşmamız da bu cür olmalıdır. Mənim üçün ən önəmli məsələ qardaş Türkiyənin hər zaman güclü olması, Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafıdır və əlimdən gəldiyi qədər hər zaman bunun üçün iki qardaş ölkənin münasibətlərinin inkişafı üçün çalışmışam. Bəzi şəxslər kimi şəxsi maraqlarım öndə olmayıb...Mənə bu cür böhtan atanları və arxasında dayananları isə ilk öncə Allaha həvalə edirəm. Çünki onun məhkəməsindən xilas olmağa bəndəyə heç kəs kömək edə bilməz".