adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

"iMTiNA ETMƏK üçüN ƏVVƏLCƏ NƏSƏ YARATMAQ LAZIMDIR"

ƏBÜLFƏT MƏDƏTOĞLU
33428 | 2007-09-12 05:34
- Aydın müəllim, son vaxtlar ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə bağlı mətbuatda bir-biri ilə uzlaşmayan sərt münasibətlər dərc edilir. Hətta bir vaxtlar Minsk qrupunun rəhbərlərindən biri olmuş həmsədrin də açıqlaması və sizin bu məsələyə münasibətiniz də birmənalı qarşılanmayıb. Bütün bunlardan sonra sizcə ATƏT-in Minsk qrupuna ehtiyac var, yoxsa yox?
   
   - Əvvəla qeyd edim ki, "Ədalət" mənim üçün sevilən qəzetdi və hər gün də onu izləyirəm. Bu qəzetin də mənə həmişə böyük diqqətini hiss etmişəm. Onu da deyim ki, hər hansı bir ideal mövqe, yanaşma mümkün deyil. İstənilən mövqeyi təqdir də, tənqid də mümkündür. Mən bunu normal qəbul edirəm və açığı, həm də sevinirəm ki, bir fikir müzakirə mövzusuna çevrilə bilər. O ki qaldı konkret suala, gəlin bu məsələyə bir az dərindən yanaşaq. Uzun illərdi ki, Dağlıq Qarabağ deyilən bir problem yaşayırıq. Bəlkə də bu, Ermənistanla Azərbaycan arasında və yaxud da özümüzün kiçicik bir problemimiz olsaydı, bunu çoxdan həll etmək mümkün olardı. Ancaq bütün araşdırmalar göstərir ki, bu problemin kökü çox dərinliklərə gedir və Azərbaycandan kənarda müəyyən qüvvələrin bu regiondakı böyük maraqları ilə bağlıdır. İndi həmin problemin həllində təkcə bizim gördüyümüz işlər kifayət etmir. Baxmayaraq ki, biz bu işi ardıcıl aparırıq.

TƏQVİM / ARXİV