adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

NƏ KƏNDiM VAR, NƏ DƏ MƏNi UNUDAN...

VAHİD ƏLİFOĞLU
18266 | 2007-09-08 02:00
...Yazı-pozu aləmində yazı manerası, düşüncələri, dərdləri mənə son dərəcə yaxın olan yaradıcı şəxslər var. Bəzən olub ki, həmin yazarların yazdıqlarını qəzet səhifələrində oxuyub təəccüb qalmışam. Yazıdakı fikirlərin, tapıntıların çoxu bir aydı başımda gəzdirdiyim fikirlərlə, tapıntılarla əkiz taydı elə bil... Və məcbur oluram belə yazılara paralel yazılar yazım...
   
   ... Məşhur olmağı, məşhurluqla dabanqırma gələn zənginliyə, vara-dövlətə malik olmağı kim istəmir ki?... İndi elə bir zəmanə gəlib ki, tay geyim-keçimlə qarşılayıb, geyim-keçimlə yola salırlar... "Mersedes"ə minənə kimi...
   
   İndi yaxşı geyinən, ağzına gələni danışan başda, kasıb geyinmiş ağıllı ayaqda oturur...
   
   ... Ən ucqar kəndlər belə kənd antenalarıynan elə bir dünyada yaşayırlar ki, o dünyada şair, yazıçı yoxdu. O dünyada lüt aparıcılar, tərbiyəsiz, həyasız müsahiblər var...
   
   ... Mən Bəhmənlilərin arasında Vaqif Bəhmənlini, Yağlıvəndlilər arasında Seyran Səxavəti tanıyan çox az adam görmüşəm və ona görə də seyidbəhmənlilərin sırasında özümə nə qədər az salam verildiyinə, nə qədər az ehtiram göstərildiyinə əhəmiyyət verməmişəm. Seyidbəhmənlilər məndən yüz dəfə artıq hörmətli, tanınmış oğulların unudub ki...
   
   ... Birinci kitabım çıxmışdı. Yerə-göyə sığmırdım. Yaxın qohumlarımdan biri məni və ailə üzvlərimi bu münasibətlə qonaq çağırmışdı. Elə burada qeyd edim ki, qohumumun əla qoyun sürüsü, xeyli mal-qarası var. Məclisdə iştirak edənlərin əksəriyyəti yaxınlıqdakı fermaların sahibləriydi... Xeyli yeyib-içəndən sonra qohumum məni təqdim etdi və məclis xahiş etdi ki, kitabdan bir şer oxuyum. Həyəcanımı ört-basdır edib bir təhər başladım şer oxumağa. Əvvəl sakitlik oldu. Bir bəndi yekunlaşdırırdım ki, aləm qarışdı bir-birinə.

TƏQVİM / ARXİV