adalet.az header logo
  • Bakı 20°C

ViRTUAL DOğRULAR VƏ REAL OğRULAR

19356 | 2007-09-08 02:03
Mixail Zoşşenko "Gün çıxmazdan əvvəl" sənədli povestində 1930-ju illərdə baş verən qəribə bir hadisəni nəql edir. Uçuş zamanı həlak olan məşhur təyyarəçini dəfn edirlər. Radioda diktor həlak olan təyyarəçinin familiyasını dəfn mərasimində iştirak edən digər məşhur təyyarəçinin familiyası ilə səhv salır. Diktorun elanını eşidən diri təyyarəçinin üzünün rəngi qaçır, janına üşütmə düşür, çünki bu səhvdə reallığın sərt üzü gizlənib. Onların hər biri dosları kimi həlak ola bilər. Lakin bu səhvdir, reallıq deyil. Real olan odur ki, o sağdır, həlak olan isə onun dostudur. Təyyarəçi bu həqiqəti anlayır və elə bununla da fəlakətdən, sağ qala-qala özünü həlak olmuş kimi hiss etməkdən qurtulur. Amma bu həqiqəti əməldə təsdiq etmək lazımdır. Odur ki, dəfn mərasimi sona yetən kimi diri təyyarəçi hava limanına gedib Çkalov dövrünün təyyarəsinə minir, havaya qalxır və göydə təyyarə ilə elə oyunlar çıxarır, elə attraksionlar edir, elə çevrələr jızır ki, buna qədər olan bütün oyunları, attraksionları arxada qoyub rekord qazanır. Amma bu hadisədə rekord əsas deyil. Əsas sağ olduğunu özünə sübut etməkdir.
   
    Gəlin təsəvvür edək ki, bizim, yəni hər birimizin adıyla bağlı belə bir səhvə yol verilə bilər. Nejə? Məsələn, ötən həftə Bakıda baş verən fajiəyə qayıdaq. On altı mərtəbəli bina çökdü. Orda işləyənlər uçuntular altına qaldı. Ölənlərin sayı haqqında hələ də dəqiqləşdirmələr gedir. Bununla əlaqədar televiziya reportaclarında tez-tez jəsədləri tapılanların və tapılmayıb güman edilənlərin siyahısı verilir. Təsəvvür edək ki, evdə çay içə-içə oturub axşam xəbərlərinə baxdığımız zaman birdən həmin siyahıda öz adımızı görürük. İsti çaydan muğayat olmaq lazımdır! Udqunub bir də siyahıya diqqətlə baxıram. Elədir ki, var: Bədəlov Nadir Xidmətulla oğlu, 1956-jı il təvəllüdlü. Yaxud sənin adın, yaxud onun adı gedir: Filankəsov Filankəs Filankəs oğlu, filan təvəllüdlü (bura öz adını, soyadını, atanın adını və təvəllüdünü yerləşdirə bilərsən). "Ay balam mən sap-sağlam adamam, evimdə oturub çay içirəm, bunlar hardan götürüb belə elan verirlər?" Telefonla telestudiyaya zəng vurmağa çalışıram. Çətindir. Birdən bəxtim işləyib televiziyaya düşsəm ordan, efirdə gejə növbəsində işləyənlərdən təxminən bu javabı alajağam":bizlik deyil, onu yazanlar çıxıb jedib evinə, sabah gəlib özlərindən soruşarsan". Sabahı durub qaçıram televiziyaya, xeyli axtarışdan sonra onu yazan redaktoru tapıram, o da elanı aldığı mənbəyə telefonla mürajiət edir, bir xeyli yoxlamadan sonra müəyyənləşdirir, aydınlaşdırır və məlum olur ki, ad səhv gedib. Məndən, yaxud bizlərdən birimizdən üzr istəyirlər, lap lazım gəlsə, efirdə təkzib verirlər. Bununla da anlaşılmazlığa son qoyulur. Virtual səhvlə kiçik, birgünlük majəramız sona yetir. Düzdür, səhv elanla üzləşən qohumlar, tanışlar nigaran qalıb zəng edəjək, sağ qaldığımızı bilib sevinəjək, nəzir, qurban və s. və i. Qoy olsun bir həftəlik majəra. Sona yetdi.
   
    Amma sona yetdimi? Məgər bu virtual səhvin içində reallığın, yəni doğrunun sərt üzü gizlənməyib? Gizlənib, özü də sərt reallıq, yəni doğru olan vurtual səhvi aydınlaşdırandan sonra yenə bizi narahat edəjək. Axı o binanın altında hər birimiz qala bilərdik. Nədən bilirsən ki, onun kimi durmadan çoxalan digər binaları elə aqibət gözləmir? Özü də o binalar kimin üçün tikilir? Əlbəttə sənin üçün! Bəs bu əjəl zəngi kimin üçün səsləndi? Sənin üçün!
   
    "Bu əjəl zəngi də vaxt tapdı səslənməyə", deyəjək real, yəni qeyri-virtual qüvvə. Qeri virtual, yəni real qüvvələr o qədər xərj çəkib virtual şəkildə bütün bunları sənə əlçatmaz arzu kimi təqdim etmişdilər. Səni səfərbər etmişdilər ki, çalışasan, işləyəsən, pul qazanasan və orda, o hündürlərdə, o ujalıqda,göydələndə keçmiş qonşunuz filankəs kimi mənzil alasan, reklamda göstərilən kimi müasir (əsas!), rahat və firavan yaşayasan. Birdən bu əjəl zəngi çalınır. Sonra da səhvən götürüb ölənlərin siyahısında sənin adını yazırlar. Belə də dolaşıqlıq olar? Sən bir gününü itirib bunun səhv olduğunu dəqiqləşdirəjəksən və öz daxmanda oturub Allaha şükr edə-edə yaşamağını davam etmək istəyəjəksən. Elə şey yoxdur! Heç arxayınlaşma! Bu mümkün olan iş deyil. Sən istehlakçısan, səni real, yəni qeyri-virtual qüvvələr əks tərəfə üz döndərməyə qoymazlar. Çünki sağ qalmağın kifayət deyil. Gərək hələ üstəlik Mixail Zoşşenkonun diri qalan təyyarəçisi kimi sağ qaldığını özünə sübut edəsən. Amma nejə? Təyyarəçi havaya qalxıb salto-mortal elədi, göydə ölümjül dərəjədə təhlükəli, riskli dairələr jızdı, sonra da yerə enib ölüm qorxusuna qalib gələn adam kimi arxayınja yaşamağa başladı. Bəs sən sağ qaldığını nejə özünə sübut etməlisən? Aha! Bax burda yeni kampaniya, daha doğrusu yeni reklam hüjumları üçün əlverişli məqam yaranır. Elə bil bu reklamlar təlkin edirlər ki, sən də gərək salto-mortal edəsən. Sənin salton o olajaq ki, gedib o göydələnlərdən birinin ən yuxarı mərtəbəsində ev alasan, onun möhkəm və etibarlı olduğuna inanıb yaşayasan, yaxud da günlərin bir günü kəlləmayallaq olub uçuntuların altında qalasan. Amma sonunju plana daxil deyil. Məqsəd sənin o mənzili alıb ora girməyindir. "Ay başına dönüm, öz gözlərimlə hələ də uçuntuları görə-görə, bu uçuntular altında hələ də jəsədlərin qaldığını bilə-bilə nejə onların möhkəm və etibarlı olduğuna inanım?"
   
    İnanarsan. İnanmaq üçün görmək və bilmək lazım deyil. Ziqmund Freyd rəhmətlik (yaxud gorbagor) bizə təhtəlşüur haqqında təlimi nə üçün verib? Ondan istifadə ertmək üçün. Biz o mənzilləri, o binaları, Onların hələ solmağa vaxt tapmamış modnı rənglərini, binaların ətrafında olmayan bağları, parkları o şirmayı xariji markalı avtomobillər kimi sənin təhtəlşüuruna elə yerləşdirək ki, heç yuxuda da onlardan ayrıla bilməyəsən. Yadında saxla! Bizim adımız arzu istehsalçısıdır. Səninsə adın bu arzuların istehlakçısı. Bunu qoyub gördüyündən, bildiyindən danışmağın yersizdir. Çünki gördüyün, bildiyin real, doğru aləmə aiddir. Sən isə artıq virtual aləmin sakinisən. Reallıq daha qalmayıb. Qalıbsa da onun sənə dəxli yoxdur. Oranın sakinləri bizik. Odur ki, gördüyündən, bildiyindən yox, istədiyindən danış. Arzulardan danış, yəni bizim istehsal edib sənin təhtəlşüuruna yerləşdirdiyimizdən. O da bizim, real, yəni qeyri-virtual qüvvələrin əlində. O ki qaldı hələ uçuntular yığışdırılmamış, jəsədlərin hamısı tapılmamış reklam kampaniyasına başlamağa, burda da təəjjüblü heç nə yoxdur.Başqa jür ola da bilməz! Məhz indi, bir dəqiqə də yubanmadan belə kampaniyanı başlamaq lazıimdır. Uçuntular da yığışdırılajaq, jəsədlər də tapılıb dəfn olunajaq, təzminatlar da veriləjək. Ən əsası bütün bunlar yaddan çıxajaq (gələn hadisəyə qədər). Bax onda virtual aləmin əslində o gördüklərindən və bildiklərindən daha əsaslı olduğunu anlayajaqsan və arzularınla yaşayajaqsan. Sən onları görməməli idin. Sadəjə virtualka quran recissorumuzun səhvi, qələti, yaxşı olar deyək günahı üzündən qarşında reallığın bir parçası açıldı. Sən də bundan çaşıb özünü real aləmin sakini bildin.
   
    Açığını deyim, əvvəllər mən elə bilirdim reklam müharibəli real qüvvələrin öz aralarında aparılır. Məsələn, yaxşı gedən, gündəlik işlənən mal yiyəsinin bazarını öldürmək üçün söz buraxırlar,yaxud sifarişli reportac verirlər ki, filan malın tərkibində nə bilim E-101-F-18 (işarə şərtidir) maddəsi var və sən demə onu yeyəndə adamın qulaqları uzanır, yaxud qarnı ağrayır, yaxud impotent olur, yaxud quduzluq tutur, yaxud da sadəjə olaraq qripp olur və ölür. Əgər həmin hədəfə alınan mal yiyəsi, sex olsun, ya zavod, ya böyük şirkət, ya da reklam imperiyası olsun, güjlüdürsə, onu hədəfə götürənləri tez bir zamanda, bəzən bir neçə günə, bəzən də hətta bir günə, bir saata diz üstə çökdürüb dediklərini, buraxdığı şayiələri təkzib elətdirir. Yox əgər zəifdirsə, onda müharibə uzun müddət davam edir. Zərbələri virtual aləmin sakinlərinə, yəni bizə dəyir.
   
    Amma indi anlayıram ki, bu müharibələr əslində epizodik, lakal döyüşlərdir. Heç müharibə deyil. Əsil müharibə bizə qarşı, virtual sakinlərə qarşı aparılır. Müharibə bizim təhtəlşüurumuz, kor inamımız uğrunda gedir.
   
    Ey virtual aləmin sakinləri! Nə qədər gej deyil, gəlin realığa gözümüzü açaq, sağ olduğumuzu anlayaq və bu da azdır sağ olduğumuzu özümüz özümüzə sübut edək. Nejə?
   
    Bilmirəm....
   
   

TƏQVİM / ARXİV