Bu il havaların isti keçməsi ilə əlaqədar olaraq nəinki ölkəmizdə, eləcə də dünyanın bir çox məmləkətlərində su qıtlığı yaranıb. Hələ yay gəlməmişdən öncə bir çox ekspertlər yarana biləcək su qıtlığı ilə bağlı müəyyən fikirlər səsləndirmişdilər. Onlar demişlər ki, yay vaxtı bir çox ölkələrdə və o cümlədən Azərbaycanda su qıtlığı olacaq.
Təbii ki, içməli su problemləri bütün dövrlərdə mövcud olub. Ən azından ona görə ki, Yer kürəsində əhalinin sayı durmadan artır və təbii su ehtiyatları isə tükənir. Belə bir məqamda əlbəttə ki, hər bir ölkədə mövcud çətinliyi aradan qaldırmaq üçün müəyyən problemlər zaman-zaman aradan qaldırılır. Heç kimə sirr deyil ki, bəzi məmləkətlərdə sudan həddindən çox israfçılıqla istifadə edilir.
Bizim məmləkətimizə gəlincə onu demək lazımdır ki, istər ölkədə isməli su problemi, istərsə də təsərrüfat sahələrinin suvarılması üçün lazım olan su ehtiyatları həmişə dövlətin diqqət mərkəzində olub. Ən azından ona görə ki, bir çox sahələrdə sudan qənaətlə istifadə edilməsi önə çəkilib. Hələ biz onu demirik ki, bəzi təsərrüfatlarda və yaşayış sahələrində ağına-bozuna baxmadan sudan necə gəldi istifadə edirlər.
Düzdür, bu gün Azərbaycanda da su qıtlığı yaşanır. Kiçik çayların çoxu quruyub, Kür və Araz çayları kimi böyük çaylarda su azalıb. Əlbəttə, suyun azalması ilk növbədə min hektarlarla təsərrüfat sahələrində bir çox çətinliklər yaradıb. İsti yay günlərində təsərrüfat işləri ilə məşğul olan bir çox fermerlər su qıtlığından əkdikləri bostan-tərəvəz məhsullarının yandığını bildirirlər.
Aydındır ki, bəzi təsərrüfatlarda bu problemi aradan qaldırmaq üçün artezian quyuları qazılaraq istifadəyə verilib. Və bir çox təsərrüfatlar da həmin artezian quyularından çıxan suyun hesabına suvarılıb. Təəssüf ki, heç də artezian quyuları axar sular kimi bütün təsərrüfatları suvarmaq imkanına malik deyil. Birincisi ona görə ki, hər hansı artezian quyusunun qazılması və istifadəyə verilməsi üçün külli miqdarda maddi vəsait tələb olunur. İkincisi də qısa zaman kəsiyində yüzlərlə artezian quyularını qazıb istifadəyə vermək o qədər də asan deyil.
Amma görülmüş tədbirlər nəticəsində ölkə əhalisində o qədər də su qıtlığı hiss olunmur. Xüsusən də isti yay günlərində Bakı şəhərinin bütün rayonlarına içməli su verilib. Hansı ki, ötən yay mövsümlərində bəzi yaşayış massivlərində günlərlə və həftələrlə içməli su olmurdu. Amma çox uzağa getməyək, Yeni Günəşli yaşayış massivində ən isti havalarda belə binalara içməli su verilir. Bəli, bəzən suyun gəlmə vaxtı az olub, amma buna baxmayaraq yenə əksər binalar hər gün içməli su ilə təchiz edilib.
Su qıtlığının yaranmasında və problemlərin daha da dərinləşməsində əhalinin də böyük günahı vardır. Belə ki, su gələn zaman ayrı-ayrı şəxslər yaşadıqları həyətlərdə düzəltdikləri bağları, bağçaları içməli su ilə suvarır və nəticədə yüksək mərtəbədə yaşayan insanların mənzillərin su çətinliklə qalxır. Təəssüf ki, bunu bir çoxları ya başa düşmək istəmir, ya da öz mənafelərini üstün tutaraq çox şeyi unudurlar.
Fakt faktlığında qalır ki, əhali tərəfindən içməli su israfçılıqla istifadə olunur. Bəzən də görürsən ki, birinin bağında su öz-özünə axıb gedir və hətta yolu basır. Lakin bağın sahibi hərəkətə gəlib o suyu bağlamaq istəmir. İndi görün su qıtlığının yaranmasında hər birimizin nə qədər böyük məsuliyyət hissi var.
Bir neçə ildir ki, əksər mənzillərdə və yaşayış binalarında su sayğacları quraşdırılıb. Təbii ki, su sayğaclarının quraşdırılması içməli su sahəsində israfçılığın qarşısını xeyli alıb. Çünki əvvəllər kimin kefi necə istəyirdi krantı açıq qoyurdu və su da başlı-başına axıb gedirdi. İnsafı olsaydı bağlayacaqdı, insafı olmasa krant eləcə açıq qalacaqdı. Nə yaxşı bu məsələlər zamanında aradan qaldırılıb.
Bu gün su qıtlığını da həll etmək mümkündür. Bir şərtlə ki, təsərrüfatların suvarılması zamanı həm də əhaliyə verilən içməli sudan insanlar qənaətlə istifadə etsinlər. Üstəlik də ayrı-ayrı su anbarlarında ciddi nəzarət qoyulmalıdır ki, başqa problemlər yenidən yaranmasın. Əgər istəyiriksə içməli su sarıdan korluq çəkməyək, onda zəhmət çəkib həm içməli suya, həm də təsərrüfatların suvarılması üçün zəruri olan suya qənaət etməliyik. Əgər qənaət etmiriksə və israfçılığa yol veririksə, deməli, sonradan başımız çox ağrıyacaq.