adalet.az header logo
  • Bakı 18°C
03 Sentyabr 2014 11:48
4268
MƏMLƏKƏT
A- A+

Bakı Metropolitenində növbəti kadr dəyişikliyi

"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov rəhbərlik etdiyi qurumda kadr dəyişikliyi edib. Adalet.az-ın aznews.az-a istinadən məlumatına görə, Zaur Hüseynovun əmri ilə metropolitenin baş mühəndisi Fuad Tağızadə tutduğu vəzifədən azad edilib. Onun yerinə isə metropolitendə uzun müddət xidmət rəisi vəzifəsində çalışan Əlixan Osmanov təyin olunub.

Z. Hüseynovun digər əmrinə əsasən Fuad Tağızadə Metropolitenin yeni yaradılmış təlim-tədris mərkəzinin rəhbəri vəzifəsinə təyin edilib.

Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumatı təsdiqləyib.