adalet.az header logo
  • Bakı 11°C
03 Sentyabr 2014 11:47
5864
SİYASƏT
A- A+

Prezidentlər görüşə bilər

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik NATO-nun Uelsdə keçiriləcək sammitində iştirak edəcək.

Adalet.az xəbər verir ki, bu barədə amerikalı həmsədr öz "Twitter” səhifəsində yazıb.

" Bu gün NATO sammiti üçün Uelsə gedirəm", – deyə Uorlik qeyd edib.

Həmsədr Azərbaycan və Ermənistan prezidentlərinin sammit çərçivəsində növbəti görüşünün baş tutacağını da istisna etməyib:

"Prezidentlər NATO-nun Uelsdə keçiriləcək sammitində və ya BMT Baş Assambleyasının iclasında görüşə bilər”.