adalet.az header logo
  • Bakı 20°C
03 Sentyabr 2014 11:43
6559
HADİSƏ
A- A+

Sumqayıtda oğurlanan körpə Bakıda tapıldı

Azərbaycanda 21 gün öncə oğurlanan uşaq tapılıb.

Sumqayıt Şəhər Polis İdarəsindən verilən məlumata görə, avqustun 13-də oğurlanan 2 aylıq körpə ötən gün tapılıb.

Sumqayıt Şəhər Polis İdarəsi və Binəqədi Rayon Polis İdarəsinin birgə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurlanan körpə, 2014-cü il iyunun 6-da anadan olan Aylin Rasim qızı Əhmədli Binəqədi rayonu, 6-cı mikrorayon, ev 4a, mənzil 120-də tapılıb. Uşağı oğurlamaqda şübhəli bilinən 1968-ci il təvəllüdlü Xırda Əli qızı Babayeva saxlanılıb.

Qeyd edək ki, hadisə avqustun 13-də Sumqayıt şəhərində baş verib. Sumqayıt şəhəri, 29-cu kvartal, ev 11/16, mənzil 30 ünvanında yaşayan Aysel Əhmədovanın 2 aylıq körpəsi naməlum şəraitdə oğurlanıb.

Apa