adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
03 Sentyabr 2014 11:39
5659
SİYASƏT
A- A+

Bahar Muradova ATƏT PA-nın payız sessiyasından danışdı

ATƏT Parlament Assambleyasının (PA) payız sessiyası oktyabrın əvvəlində Cenevrədə keçiriləcək.

Adalet.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycanın ATƏT PA –da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova bildirib.

O qeyd edib ki, sessiyanın konkret günü və gündəliyi hələ ki, məlum deyil: "Amma ehtimal var ki, Bakı sessiyasında müzakirə olunan məsələlər yenidən qayıdılacaq. Çünki oradakı əksər məsələlər hələ həllini tapmayıb”.

B.Muradova onu da deyib ki, sessiyada ATƏT-in Minsk Qrupunun fəaliyyəti və Qarabağ problemi ilə bağlı qurumun Bakı sessiyasında başladılan işin nəticələrinə də nail olunmağa çalışılacaq: "Bura nəinki Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun ATƏT-in Minsk Qrupunun sessiyada hesabat verməsi təklifi, eyni zamanda hansısa sənədin qəbul olunmasına nail olmaq da aiddir”.