adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
03 Sentyabr 2014 10:45
11226
DÜNYA
A- A+

Jurnalist Obamanı ittiham edib

Ötən gün internetdə yayılmış video görüntüdə amerikalı jurnalist Stiven Sotloff "İslam Dövləti” qruplaşması tərəfindən edam edilməzdən əvvəl ABŞ prezidenti Barak Obamanın xarici siyasətini kəskin tənqid edib. 

"Obama, İraqa hücuma haqq qazandırmaq üçün siz amerikalıların həyatını və maraqlarını bəhanə etmişdiniz, bəs nə üçün sizin müdaxilənizə görə mən indi öz həyatımla cavab verirəm? Yoxsa mən ABŞ vətəndaşı deyiləm?  "İslam Dövləti” ilə əvvəlki savaşlara biz amerikalı vergi ödəyicilərinin milyardlarla dollarını xərclədik və minlərlə əsgərimizi qurban verdik, bəs indiki müharibədə xalqın marağı nədədir? Mənim xarici siyasətdən anlayışım az da olsa, mən yaxşı xatırlayıram ki, sizin seçkilərdəki qələbələriniz əsgərlərimizin İraq və Əfqanıstandan geri qaytarmaq, Quantanamo həbsxanasını bağlamaq vədləri hesabına əldə olunub. Obama, sizin prezidentlik müddətiniz sona çatmaq üzrədir, amma siz yuxarıda qeyd olunanların heç birini etmədiniz. Siz bu yalanlarla bizi - Amerika xalqını, oda sürüklədirsiniz”, - deyə Sotloff edamından əvvəl nitqində bildirib.  


Qeyd edək ki, "İslam Dövləti” terrorçu qruplaşması ABŞ-ın "Time” nəşrinin müxbiri Stiven Sotloffun başının kəsilməsi səhnəsini əks etdirən videoçarxı internet vasitəsi ilə yayıb. 


Video görüntüdə terrorçular həmçinin digər əcnəbi girovun edam ediləcəyi ilə hədələyiblər.  Onların növbəti qurbanının Böyük Britaniya vətəndaşı Devid Xeyns olacağı bildirilir.    


Qeyd edək ki, "İslam Dövləti”  qruplaşması bundan əvvəl amerikalı jurnalist Ceyms Foulini edam ediblər.