adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
03 Sentyabr 2014 10:36
6366
HADİSƏ
A- A+

Bakıda 6 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəza

Bakının Sabunçu rayonunda 6 nəfərin ölümü ilə nəticələnən  dəhşətli qəzası baş verib. Adalet.az-ın Sabunçu Rayon Polis İdarəsinə istinadən verdiyi məlumata görə, qəza Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində qeydə alınıb. "Mercedes” markalı avtomobilin "VAZ-2106” markalı avtomobillə toqquşması nəticəsində 6 nəfər ölüb, 2 nəfər yaralanıb. 

 

Məlumata görə, ölənlərin hamısı VAZ-2106” markalı avtomobildə olublar.  "Mercedes”in sürücüsü və sərnişini ağır xəsarət alaraq 3 saylı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. 

 

Ölən və xəsarət alan şəxslərin kimliyi müəyyənləşdirilir. 

 

Faktla bağlı araşdırma aparılır.