adalet.az header logo
  • Bakı 18°C
02 Sentyabr 2014 21:50
11039
DÜNYA
A- A+

Barak Obama ermənilərlə qohum çıxdı

ABŞ prezidenti Barak Obamanın ermənilərlə qohumluğu aşkarlanıb. Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, məşhur jurnalist, ailə hekayətlərini qələmə alan Aj Jacobs hər kəsin qohum olduğunu sübut edən "Əslində hamımız qohumuq” adlı soykökü araşdırmalarına əsasən belə nəticəyə gəlib. Araşdırmalara görə Barak Obama, İngiltərə baş naziri David Kameron və ABŞ-ın erməni əsilli məşhur teleaparıcısı Kim Qardaşyan 13-cü dərəcədən qohum çıxıblar.

Qeyd edək ki, qohum çıxmalarına rəğmən Obama dəfələrlə Kim Qardaşyanı tənqid edib. Belə ki ABŞ prezidenti erməni qızının teleməkanlarda özünü aparmasını bəyənməyib, onu və qaradərili sevgilisi Kanye Uesti Amerika gənclərinə pis nümunə olmaqda qınayıb.

 

Daha bir maraqlı qohumluq isə Hollivud aktyoru  Corc Kluninin ABŞ-ın keçmiş prezidenti Corc Buşla 12-ci dərəcədən, Hilton otellərinin varisi Paris Hiltonun isə Böyük Britaniya kraliçası Elizabetlə 11-ci dərəcədən qohum olmasıdır.