adalet.az header logo
  • Bakı 18°C
02 Sentyabr 2014 20:34
4587
MƏMLƏKƏT
A- A+

Almaniyadakı diaspor təşkilatı Nazim İbrahimova müraciət edib

Maddi çətinliklərə görə bağlanma təhlükəsi ilə qarşı-qarşıya qalan Alman-Azərbaycan Mədəniyyət Evi Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Nazim İbrahimova müraciət ünvanlayıb. Bu barədə mədəniyyət evinin icraçı direktoru Rəşad Quliyev məlumat verib.

Müraciətdə Köln şəhərində fəaliyyət göstərən mədəniyyət evinin gördüyü işlər sadalanaraq Komitə rəhbərindən sözügedən diaspor təşkilatının bağlanmaması üçün bir yardım istənilir. 
"İnanırıq ki, gün-gündən zənginləşən, iqtisadi cəhətdən regionda lider dövlətə çevrilən ölkəmizin rəhbərliyində təmsil olunan şəxs kimi bu məsələdə öz sözünüzü deyəcək və təşkilatın qapanmaması üçün əlinizdən gələni əsirgəmiyəcəksiniz”.