adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
02 Sentyabr 2014 16:25
6970
MƏMLƏKƏT
A- A+

“525-ci qəzet” yeni ofisdə

Uzun illərdir ofisi tərcümə mərkəzinin binasında yerləşən "525-ci qəzet” sentyabr ayından yeni ofisində fəaliyyət göstərməyə başlayıb.

Prezidentin sərəncamı ilə Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi təsis edildikdən sonra qəzet redaksiyasının da yerləşdiyi binada təmir-bərpa işləri aparılacaq. Buna görə də eyni binada qonşu olan Tərcümə Mərkəzinin və "525-ci qəzet”in əməkdaşları da başqa yerə köçüblər. 

"525-ci qəzet”in baş redaktoru Rəşad Məcid deyir ki, indiki ofis əvvəlkindən qat-qat səliqəlidir: "Dünən yeni ofisimizdə fəaliyyətə başlamışıq. Qəzetin bugünkü sayını da yeni ofisdə buraxmışıq. Düzdür, yeni ofisdə icarə haqqı daha yüksəkdir, amma indi səliqəli binadayıq. Normal şəkildə yerləşmişik”.

Qeyd edək ki, "525-ci qəzet”in yeni ofisi Nərminov prospektindəki binanın 6-cı mərtəbəsində yerləşir. Ofisin 200 kvadratdan artıq yeri var.