adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
02 Sentyabr 2014 14:43
16529
MARAQLI
A- A+

Qızıl məsləhətlər

"Məsləhətli don gen olar” deyiblər. Yaxşı məsləhət bəzən yaxşı yeməkdən belə faydalıdır. Təbii ki, həmin tövsiyələr sözdə deyil, əməldə icra olunsa. Bəzən məsləhət deyəndə insan nəsə həyat yüklü, dini ağırlığı olan, iri miqyaslı tövsiyələr zənn edir. Amma məişətdə, gigiyenada əslində bildiyimiz, amma heç ağlımıza gəlməyən kiçik nüanslar olur. Lakin kiçik olsalar da özlərində böyük fayda kəsb edən bu "əlçatan” məsləhətlər həyatın hər anında gərəkli olur. Elə isə başlayaq:


  Səhhətlə bağlı:

1. Mədəniz bulanırsa, bir çimdik toz qəhvə yeyin.

2. Hıçqırtı tutduğu zaman nəfəsinizi 15 saniyə saxlayıb, 3 dəfə udqunun. Qısa müddət ərzində hıçqırtı keçəcək. 

3. Tək qaldığınız müddətdə ürək tutması və ya infarkt təhlükəsi yaranarsa, bərkdən öskürməyə başlayın. Ağrını və ya təhlükəni azaldacaq. 

4. Alınan 3 dəqiqəlik soyuq duş 40 kalori yandırır.

5. Yeməkdən öncə dişlərinizi fırçalasanız, daha az yemək yeyəcəksiniz. 

6. Tər əleyhinə dezodorantı gecədən sıxsanız, səhər gün ərzində daha az tərlərsiniz.

7. Yediyiniz acıdan ağzınız yandısa, su içmək yerinə çörək içi, ya da şirin bir şey yeyin.

8. Şiddətli ishal durumunda nar qabığını qaynadıb için.


Məişətlə bağlı:

1. Yumurta qaynadarkən qabıqlarının çatlamaması üçün suya yanmış kibrit atın.

2. Yumurtaları qaynatdıqdan sonra isə suyunu soyudub dibçəklərə tökün, bitkilər üçün çox faydalıdır. 

3. Turşu hazırlayanda duzunu müəyyən etmək üçün içinə bir ədəd zeytun atın, batmırsa, duz miqdarı yetərlidir.

4. Külqabıların xoşagəlməz qoxusunu götürmək üçün dibinə azacıq zeytun yağı çəkin.

5. Ütünün suyuna bir az ətir töksəniz, ütülənən paltarlarınız gözəl qoxu saçacaq.

6. Pişiklərin oturmasını istəmədiyiniz yerlərə naftalin qoyun və ya neylon örtük çəkin. 

7. Zibil qabının içinə bir az qabartma tozu töksəniz, ətrafa yaydığı pis qoxunun qarşısını almış olarsınız. 


Qadınlar üçün:

1. Saçlarınızı boyarkən kənarlara yaxılmış boya ləkələrini təmizləmək üçün pambığı hər hansı kimyəvi maddəyə deyil, südə batırın.

2. Ayağı ayaq üstə çarpaz qoyub oturmaq varikoz damarları və dəridəki çatları genişləndirir. 

3. Dırnaq boyasından saralmış dırnaqlarınızı sirkə ilə silin, rəngini açacaq. 

4. Evdən makiyajsız çıxdığınız günlərdə yerkökü yeyin, üzünüzə rəng gətirəcək. 

5. Makiyajdan öncə isə üzünüzə çəkdiyiniz nəmləndirici kremin tamamilə qurumasını gözləyin, belə olduqda makiyajınız daha qalıcı olacaq.

6. İlk görüşdə kinoteatra gedib, qorxu filmi izləyin. Bu şəkildə seçdiyiniz insanın sizə necə təskinlik verə biləcəyini və qorxu hissinin dərəcəsini qabaqcadan öyrənmiş olacaqsınız. Üstəlik bu, şüuraltı olaraq sizi bir-birinizə daha da yaxınlaşdıracaq. 


Bizdən demək, sizdən etmək... Məsləhət sizindir!