adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
02 Sentyabr 2014 14:51
12595
SİYASƏT
A- A+

Arif Hacılı başqanlıq seçkilərinə kölgə saldı

Müsavat Partiyasının sentyabr ayında keçirilməsi gözlənilən qurultayı ətrafında ciddi polemika yaranıb. Əsas müzakirə mövzusu isə başqanlıq seçkilərinin nə dərəcədə şəffaf keçib-keçməyəcəyidir. Bir sıra ekspertlər hesab edir ki, seçkilərin nəticələri indidən məlumdur. Müsavat partiyasının icra aparatının rəhbəri Arif Hacılı İsa Qəmbərin istəyi əsasında Müsavatın yeni başqanı olacaq. Arif Hacılı da öz növbəsində KİV-ə verdiyi müsahibəsində bunu dolayısı ilə təsdiq edib. O, qeyd edib ki, 21 il ərzində Müsavat partiyasında təşkilatı və seçki işləri ilə məşğul olduğundan qurultay nümayəndələrini yaxşı tanıyır: "Müsavat Partiyasının üzvləri, strukturları ilə ən çox təmasda olanlardan biriyəm. Ona görə də partiya üzvlərini xüsusilə qurultay nümayəndələrini yaxşı tanıyıram. Qurultay nümayəndələrinin əksəriyyəti ilə şəxsən tanışam. Onların səsvemə zamanı hansı kriteriyaları əsas götürərək hansı namizədə necə səs verəcəklərini təxminən bilirəm. Müsavat başqanlığına namizədliyimi irəli sürsəm, Müsavat başqanı seçiləcəyimə əminəm”.