adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

REGİON

SEYRAN SƏXAVƏT
161710 | 2014-09-02 13:43
2014-cü ilin birinci yarısında Neftçala rayonunda ümumi məhsulun həcmində qeyri-dövlət bölməsinin payı 2013-cü ilin birinci yarımilinə nisbətən 0,7 faiz artaraq 87,1 faizə çatmışdır. Adambaşına 1327,6 manatlıq və ya 2013-cü ilin müvafiq dövrünə nisbətən 1,1 faiz çox məhsul istehsal edilmişdir.
2014-cü ilin birinci yarısında rayonda 4 yeni müəssisə yaradılmış, 317 fiziki şəxs fəaliyyətə başlamışdır. Yeni yaradılmış müəssisələrin hesabına 4, fiziki şəxslər üzrə 317, mövcud müəssisə və təşkilatlarda 108 olmaqla, cəmi 429 daimi yeni iş yeri açılaraq işsiz və iş axtaran vətəndaşlar işlə təmin olunmuşdur. Rayonda aparılan tikinti, quruculuq, abadlıq işlərinə 135 nəfər, kənd təsərrüfatında mövsümü işlərə 1305 nəfər cəlb olunmuşdur. Yeni iş yerlərinin açılması istiqamətində müvfiq olaraq əlavə tədbirlər görülür.
Hesabat dövründə rayonda fəaliyyət göstərən 12 sənaye müəssisəsi və bu sahədə fiziki şəxslərin fəaliyyəti nəzərə alınmaqla 12 milyon 714,4 manatlıq sənaye məhsulu istehsal olunmuş, iş və xidmətlər yerinə yetirilmişdir. Sənayenin ümumi məhsulunda qeyri-dövlət bölməsinin xüsusi çəkisi 83 faiz təşkil etmişdir.
Hesabat dövründə rabitə müəssisələri tərəfindən əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 305,8 min manatlıq rabitə xidməti göstərilmişdir. Göstərilən rabitə xidmətlərinin həcmi 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 26,3 faiz artmışdır. Ümumi xidmətin 96,4 faizi bilavasitə əhalinin payına düşür. Hazırda rayonda hər 100 təsərrüfata 62 ədəd telefon aparatı düşür. 2014-cü ilin birinci yarısında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 5 nəfər müharibə əlilinə pulsuz avtomobil verilmişdir. 2014-cü ilin 6 ayı ərzində Rayon Məşğulluq Mərkəzi tərəfindən 178 nəfər iş axtaran vətəndaş daimi iş yerləri ilə təmin olunmuş və 39 nəfərə işsiz statusu verilərək işsizlik müavinəti təyin edilmişdir. 16 nəfər peşə hazırlığı kurslarına, 5 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunmuşdur. Sahibkarlığın inkişafına dəstək olaraq rayonda fəaliyyət göstərən 3 bank və 1 bank olmayan kredit təşkilatlarının filialları tərəfindən sahibkarlara və vətəndaşlara ümumilikdə 3 milyon 633 min manat kredit verilmişdir.
2014-cü ilin birinci yarısında Neftçala Elektrik Şəbəkəsi tərəfindən rayona 73 milyon kilovat saat elektrik enerjisi verilmiş, o cümlədən elektrik enerjisinin 27 milyon kilovat saatı əhaliyə satılmış, həmin enerjinin dəyərinin 74 faizi ödənilmişdir. Əhali abonentlərinin sayğaclaşdırılması 99 faiz təşkil edir. 2014-cü ilin 6 ayı ərzində Rayon Qaz İstismar Sahəsi tərəfindən 7 milyon 914 min kub metr həcmində rayona təbii qaz verilmiş, o cümlədən əhaliyə satılan qazın ümumi həcmi 7 milyon 193 min kub metr olmuş, bunun da dəyərinin 95 faizi ödənilmişdir. Əhali abonentlərinin sayğaclaşdırılması 99,9 faiz təşkil edir.
2014-cü ilin birinci yarısında rayonda fəaliyyət göstərən üç nərəbalıqartırma zavodu tərəfindən 6 milyon 180 min ədəd nərə cinsli körpə balıqlar yetişdirilərək Kür çayı vasitəsilə Xəzər dənizinə buraxılmışdır. Bu da 2013-cü ilin müvafiq dövründə olan göstəricidən 78,5 faiz çoxdur.

Torpağa düşməsin
havayı bir dən

Rayonda hesabat dövründə aqrar sahədə müsbət irəliləyişlər olmuşdur. Belə ki, cari ilin birinci yarısında kənd təsərrüfatının ümumi məhsulu 533 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz artmışdır. Göstərilən dövrdə diri çəkidə 6336,1 ton ət, o cümlədən quş əti 4439,1 ton, 9739 ton süd, 2 milyon 682 min ədəd yumurta istehsal olunmuş, 2013-cü ilin birinci yarısı ilə müqayisədə ət istehsalı 1583,6 ton, süd istehsalı 66,7 ton, yumurta istehsalı 2 min ədəd artmışdır. 2014-cü ilin məhsulu üçün taxıl əkini sahəsi xeyli genişləndirilərək 45158 hektara çatdırılmışdır.
Bitkiçilik sahəsindən yüksək məhsul götürmək məqsədilə meliorativ tədbirlərin həyata keçirilməsində müəyyən işlər görülmüşdür. Cari ilin birinci yarısında 242,7 kilometr suvarma kanalları, 82,1 kilometr kollektor-dren sistemi lildən təmizlənmiş, suvarma kanallarında 37 ədəd, kollektor-drenlərdə 33 ədəd hidrotexniki qurğular, nasos stansiyası və aqreqatları əsaslı və cari təmir edilmişdir.
Heyvandarlığın inkişafı sahəsində müsbət irəliləyişlərə nail olmaqla 1 iyul 2014-cü il tarixə iribuynuzlu mal-qaranın baş sayı 42504 başa, qoyun və keçilərin baş sayı 134727 başa çatdırılaraq ötən ilin üyni dövrü ilə müqayisədə 442 və 722 baş artmışdır.
Rayonda baytarlıq xidmətinin işi qənaətbəxş olmuşdur. Belə ki, mal-qara arasında ölümə səbəb ola bilən iti infeksion xəstəliklərə qarşı zoobaytarlıq xidməti profilaktika işləri vaxtında tam həyata keçirilmişdir.
Qeyd edirik ki, rayonun Xol zonasında 17000 hektardan yuxarı suvarılan əkin sahələrinin tam suvarma suyu ilə təmin olunmasında ciddi çətinliklərin yaranması ilə əlaqədar Respublika rəhbərliyinin yaxından köməyi nəticəsində Kür çayından Xol zonasına 25 kilometr uzunluğunda "Neftçala Magistral Kanalının nasos stansiyası ilə birlikdə tikintisi"nə 2006-cı ildə başlanmışdır. Bu kanalın tikintisi 2008-2015-ci illərdə Azərbaycan Respublikasında "Əhalinin ərzaq məhsulları ilə tam təminatına dair Dövlət Proqramı"na daxil edilmiş, kanalın 2008-2015-ci illər ərzində tikilib başa çatdırılması nəzərdə tutulmuş, bununla əlaqədar 2006-cı ildən hal-hazıradək kanalın tikintisinə 10,5 milyon manat vəsait sərf olunmuşdur.
Kanalın tikintisi aparılan ərazidə iri taxılçılıq təsərrüfatlarının yaradılması nəzərdə tutulmuşdur.

(ardı gələn sayımızda)

TƏQVİM / ARXİV