adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
02 Sentyabr 2014 12:45
11866
MƏMLƏKƏT
A- A+

Anar Məmmədov ilk media layihəsini gerçəkləşdirdi

"Qarant Holdinq” şirkətlər qrupunun Direktorlar Şurasının sədri Anar Məmmədov nüfuzlu "National Geographic” jurnalının Azərbaycan dilindəki ilk buraxılışını etdirib.
Sentyabrın 1-dən 1-ci sayı işıq üzü görən "National Geographic Azərbaycan” jurnalı bu gündən satışa çıxarılıb.

Adalet.az xəbər verir ki, jurnalın redaksiyasından Modern.az saytına bildiriblər ki, azərbaycanlı oxucular dünyanın ən maraqlı, ən cəlbedici jurnalını doğma dildə oxumaq üçün onu "Qasid” firmasının köşklərindən ala bilərlər. Jurnalın qiyməti 4 manatdır.

"Qarant Holdinq” şirkətlər qrupunun bu il martın 3-də "National Geographic” jurnalı ilə imzaladığı müqaviləyə əsasən, dünyanın ən nüfuzlu "National Geographic” jurnalı ilk dəfə Azərbaycanda dərc olunur. Bu, Anar Məmmədovun ilk media layihəsidir.

Qeyd edək ki, "Qarant Holdinq” şirkətlər qrupunun Direktorlar Şurasının sədri Anar Məmmədov nəqliyyat naziri Ziya Məmmədovun oğludur. O, həm də Azərbaycan Qolf Federasiyasının prezidentidir.