adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
02 Sentyabr 2014 11:51
7904
MƏDƏNİYYƏT
A- A+

“Heykəltaraşlıq - bu gün və sabah!” layihəsinə start verildi

Azərbaycan Respublikasının prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Heykəltaraşlıq - bu gün və sabah!” layihəsinə start verilib. Layihə rəhbəri Nigar Əliyevanın verdiyi məlumata görə, layihənin əsas məqsədi gənc istedadlı heykəltaraşların üzə çıxarılması, onların əsərlərinin dəyəndərilməsidir. 

N.Əliyeva qeyd edib ki, layihə çərçivəsində Bakı, İsmayıllı, Şirvan, Samux və Lənkəranda olan gənc heykəltaraşlarla əlaqə qurulacaq. Onların əsərlərindən ibarət sərgi keçiriləcək və ən yaxşı 3 əsər qiymətləndiriləcək. N.Əliyeva onu da deyib ki, müsabiqənin yüksək səviyyədə keçirilməsi üçün yüksək ixtisaslı ekspertlərin köməkliyindən istifadə olunacaq. 

 Layihə rəhbəri onu da qeyd edib ki, gənclərin bu peşə növünə marağının  daha da artırılması məqsədi ilə bukletlər çap olunacaq və yerlərdə paylanacaq.