adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
02 Sentyabr 2014 10:33
5274
MƏMLƏKƏT
A- A+

Ana yeni doğulmuş körpələrindən imtina etdi - Video

Hər iki körpə Bakıdakı uşaq evlərinin birinə yola salınıb

Masallıda tükürpədici hadisə baş verib. Ana yenicə dünyaya gətirdiyi əkiz uşaqlarından imtina edib. lent.az-ın məlumatına görə, hadisə rayonun Boradigah qəsəbəsində, sahə xəstəxanasında qeydə alınıb. Masallının Şatıroba kənd sakini, 33 yaşlı Şahnaz Həsən qızı Nəzərova əri, 79 yaşlı Əliniyaz Əşrəf oğlu Nəzərovla nikahından əkiz – qız və oğlan uşağı dünyaya gətirib. Amma doğuşdan cəmi bir neçə saat sonra ana övladlarını doğum şöbəsində qoyaraq, sakitcə evinə qayıdıb.

79 yaşlı Əliniyaz Nəzərov 3 dəfə evlilik həyatı yaşayıb. Şahnaz Nəzərova ilə izdivacdan hazırda 3 övladı – 2 oğlu, 1 qızı var.
Aidiyyəti qurumların müdaxiləsi ilə hər iki körpə Bakıdakı uşaq evlərinin birinə yola salınıb.