adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
01 Sentyabr 2014 22:57
5308
İDMAN
A- A+

“Qarabağ” Ağdamda

Topaz Premyer Liqasının son qalibi "Qarabağ” qazandığı çempionluq kubokunu doğma şəhərə aparıb. 



Çempion komanda Ağdam şəhər mərkəzi stadionunda azarkeşləri ilə görüşüb.
 
Tədbirdə öncə rayonun icra başçısı Rauf Məmmədov çıxış edərək, "Qarabağ”ın tarixi haqqında danışıb. O, komandanın yarandığı ildən indiyə qədər keçdiyi tarixi yola nəzər salıb.
 
Sonra söz "Qarabağ”ın vitse-prezidenti Tahir Gözələ verilib. Klub rəsmisi isə komandanın Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmasından  danışıb: "Qarabağ” azarkeşlərini salamlayıram. "Tvente”, "Real Sosyedad”, "Lion” kimi komandalar Avroliqanın qrup mərhələsinə vəsiqə qazana bilmədi, amma biz bunu bacardıq. Uğurumuzun davamını gətirməyə çalışacağıq. Sizə söz verirəm ki, baş məşqçimiz Qurban Qurbanovun istəyəcəyi təqdirdə heyətə yeni futbolçular qatacağıq. Uğur qazanmaq üçün nə lazımdırsa, edəcəyik. Biz Ağdam adını Avroliqada layiqincə təmsil etmək niyyətindəyik. Qrup mərhələsində də xal toplamağa, adlı-sanlı rəqiblərdən xal almağa çalışacağıq”.
 
Ardınca "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da komandasının qazandığı uğurlardan danışıb. O, yeni nailiyyətlər qazanmaq üçün daha da çox çalışacaqlarını bildirib.
 
Sonda isə çempionluq kuboku Ağdamlı azarkeşlərə təqdim edilib və onların qarşısında komanda kuboku başı üzərinə qaldırıb.