adalet.az header logo
  • Bakı 13°C
01 Sentyabr 2014 22:23
7365
DÜNYA
A- A+

Səddam Hüseynin qızı İŞİD-i maliyyələşdirir

Almaniyanın Der Spiegel jurnalı İraqın edam edilmiş eks lideri Səddam Hüseynin qızı Ragad Hüseynin İŞİD-ə külli miqdarda vəsait ayırdığını iddia edir. Adalet.az-ın məlumatına görə jurnal İraq diplomatlarına istinadən bildirir ki, İordaniyada lüks həyat şəraitində yaşayan Səddamın qızı milyonlarla ölçülən sərvətinin bir qismini İŞİD-ə bağışlayıb. 


Xanımın bu addımı isə hazırki rejimdən atasının qisasının alınması üçün edildiyi və iqtidara gəlmək arzusunda olduğu ilə əlaqələndirilir. 


Qeyd edək ki, bundan əvvəl xanım Hüseyn Londonda ərəbcə yayımlanan Əl Qüds əl-arabi qəzetinə müsahibəsində İŞİD qələbələrindən məmnun olduğunu dilə gətirmişdi. Xüsusilə də atasının doğulduğu Tiqlit şəhərinin qruplaşma tərəfindən ələ keçirilməsindən şad olduğunu bildirmişdi. 


Ragad Hüseyn ABŞ-ın "qara siyahısı"nda olan şəxslərdəndir.