adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
01 Sentyabr 2014 21:23
7773
ƏDƏBİYYAT
A- A+

Azərbaycan Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak edəcək

Azərbaycan sentyabrın 3-dən 7-dək Moskvada keçiriləcək XXVII Beynəlxalq Kitab Sərgi-Yarmarkasında təmsil olunacaq. Mədəniyyət və Turizm Nazirliyindən Adalet.az-a verilən məlumata görə, milli stendə "Bakı-2015” Birinci Avropa Oyunları ilə bağlı reklam vasitələri yerləşdiriləcək, beynəlxalq tədbir haqqında informasiyaların əks etdirildiyi broşür və bukletlər paylanılacaq.

 

Sərgi çərçivəsində X Beynəlxalq Kitab Sənəti müsabiqəsində qalib gəlmiş kitabların mükafatlandırılması mərasimi keçiriləcək.

 

Qeyd edək ki, 1987-ci ildən etibarən hər il keçirilən Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkası dünyanın nüfuzlu sərgilərindən biri hesab olunur. Hər il sərgidə yerli və xarici nəşriyyat-poliqrafiya müəssisələri, kitab sənəti ilə məşğul olan təşkilatlar iştirak edir.