adalet.az header logo
  • Bakı 12°C
01 Sentyabr 2014 20:58
4616
GÜNDƏM
A- A+

Prezident “Xutor dairəsi”ndəki yolun açılışında

Prezident İlham Əliyev Bakının Ziya Bünyadov prospekti ilə Əbdülvahab Salamzadə, Alı Mustafayev və Hüseynbala Əliyev küçələrinin kəsişməsində ("Xutor dairəsi”) inşa olunan müxtəlif səviyyəli yol qovşağının açılışında iştirak edib. 


Nəqliyyat naziri Ziya Məmmədov görülən işlər barədə İlham Əliyevə məlumat verib.

Qovşaqda üç tunel, bir körpü, iki piyada keçidi inşa olunub. Buradakı tunellərin uzunluğu 880, 827, 450 metr, ikisinin eni 10,5, birinin eni isə 22 metr təşkil edir. Qovşaqda müasir səviyyədə inşa edilən körpünün uzunluğu 630 metr, eni isə 12 metrdir. 

Bu qovşağın istifadəyə verilməsi ilə Ziya Bünyadov prospektindən hərəkət edən avtomobillər tunellərdən 20 Yanvar dairəsi və Qələbə meydanı istiqamətinə maneəsiz hərəkət edə biləcək. Bundan başqa, qovşaq 20 Yanvar dairəsi və Qələbə meydanından gələn nəqliyyat vasitələrinin əks istiqamətə - Ziya Bünyadov prospektinə çıxışını təmin edir. Bu nəqliyyat layihəsinin icrası nəticəsində Ziya Bünyadov prospektindən hərəkət edən avtomobillərin respublikamızın şimal bölgəsinə və əks istiqamətə gedən magistrallara rahat çıxışı da təmin olunur. Qovşaqdakı körpüdən isə avtomobillər Əbdülvahab Salamzadə küçəsindən Rəşid Məmmədov küçəsinə və əks istiqamətə rahat hərəkət edə bilir. Bu isə öz növbəsində Qələbə meydanından mikrorayonla və əks istiqamətə maneəsiz hərəkətin təmin edilməsinə imkan yaradır.