adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
01 Sentyabr 2014 18:43
4476
SİYASƏT
A- A+

İlham Əliyev Avropa İttifaqı Şurasının yeni rəhbərini təbrik edib

Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının yeni seçilmiş prezidenti Donald Tuska təbrik məktubu göndərib. Adalet.az-ın məlumatına görə, təbrikdə deyilir:
"Avropa İttifaqı Şurasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Biz Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətlərə və hərtərəfli əməkdaşlığa böyük əhəmiyyət veririk. "Şərq tərəfdaşlığı” proqramı çərçivəsində əlaqələrimizin gündən-günə genişlənməsi məmnunluq doğurur.
İnanıram ki, Azərbaycanın Avropa İttifaqının bütün strukturları ilə əməkdaşlığının genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".