adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
01 Sentyabr 2014 15:49
3160
MƏMLƏKƏT
A- A+

TQDK abituriyentlərə müraciət

Tələbə Qəbulu üzrə Dövlət Komisssiyası abituriyentlərə müraciət edib. Komissiyadan Adalet.az-a verilən məlumata görə,
2014/2015-ci tədris ili üçün tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanının tam mətni "Abituriyent” jurnalının xüsusi buraxılışında çap olunub.


Jurnalın bu sayında həmçinin orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarının Qabiliyyət İmtahanı Komissiyaları üzrə bölgüsü, "Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, onun nümunəsi, qəbul aparılan ixtisasların siyahısı, plan yerləri haqqında məlumatlar Azərbaycan və rus dillərində dərc olunub.
Jurnalı TQDK-nın binası yanındakı "Abituriyent" köşkündən almaq və yawww.abiturient.azsaytından sifariş etmək olar. Həmçinin jurnalın bu sayınıhttp://tqdk.gov.az/ejurnalünvanından elektron formatda (pdf formatda) əldə etmək mümkündür.